Facebook və Instagram böyük cərimələrlə üzləşə bilərlər
Sosial media nəhəngi Meta-nın ən populyar platformaları olan Facebook və Instagram, fərdiləşdirilmiş reklam modellərinə görə, böyük bir cəza ilə üzləşmək üzrədirlər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Məlumatların Mühafizəsi Şurası (EDPB), Meta-nın Instagram və Facebook üçün istifadə etdiyi fərdiləşdirilmiş reklamların və istifadəçi məlumatlarının işlənməsi üsulunun qanunsuz olduğuna qərar verib. Bu qərar, şirkətin Avropadakı fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və milyardlarla avro məbləğində cərimələrlə nəticələnə biləcək inkişaf kimi qiymətləndirilir.
Meta tərəfindən istifadə edilən bu reklam modeli, istifadəçilərin proqramdan istifadə edərkən nə etdiklərini izləyərək və onların şəxsi məlumatlarını təhlil edərək fərdiləşdirilmiş reklam təmin etmək məqsədi daşıyır. Bu üsul, Meta-nın ən böyük gəlir mənbələrindən biri olsa da, istifadəçilərin məxfiliklə bağlı narahatlıqlarına da səbəb olur. EDPB tərəfindən verilən bu qərar, istifadəçilərin icazəsini almadan Meta-nın şəxsi məlumatlardan reklam məqsədləri üçün istifadəsinə görə, Avropa İttifaqının (Aİ) Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) pozulması kimi qiymətləndirilir. Bu halda şirkətin Avropadakı biznes modeli tamamilə dəyişəcək.
Facebook və Instagram-ın üzləşdiyi bu potensial cəzalar, rəqəmsal reklam sənayesində dönüş nöqtəsi ola bilər. Görünən odur ki, istifadəçi məlumatlarının qorunması və etik istifadəsi ilə bağlı müzakirələr gələcək dövrdə texnologiya sənayesinin gündəmini müəyyənləşdirməyə davam edəcək. Meta-dan verilən xəbərə görə, şirkət, qərara etiraz etmək hüquqlarını saxladıqlarını bildirib. Lakin hələlik şirkət, bu qərara etiraz etməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 816 Tarix: 03 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr