Müstəntiq baş direktorla müavinini üzləşdirdi: Xəstələrdən 5 manat yığılıb
Respublika Narkoloji Mərkəzinin rüşvətə görə həbs edilən baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Qafqazinfo" direktor və müavininin cinayət işinin bəzi detallarını əldə edib.
Əvvəlcə onu deyək ki, həkimlərin hər ikisi qanunsuz əməllərinə görə özlərini qismən təqsirli bilir. Xüsusilə eks-baş direktor ittihamın böyük hissəsi ilə razı deyil.
İstintaq materiallarında yazılıb ki, Mərkəzin baş direktoru və müavini əlbir olaraq alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsinin təşkil edilməsi, müalicə olunma müddətinin uzadılması, müalicəsini birnəfərlik palatada davam etdirməsi, daha keyfiyyətli müalicə üçün xəstə yaxınlarından rüşvət alıblar.
Bundan başqa, E.Mustafayev müavininin əli ilə Mərkəzin həkim narkoloqlarından birindən işini davam etdirməsində maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib. Belə ki, onun qarşısına xəstələrdən aldığı puldan rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkimin evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq kimi 100 manat məbləğində etdikləri "hörmət"in 50 manatını Zamin Əliyevə verib.
Mərkəzin direktoru müstəntiqə verdiyi ifadəsində müavininin kimlərdən, hansı yolla pul almasından məlumatlı olmadığını, razılaşmaya əsasən, həftədə bir dəfə ona pul çatdığını etiraf edib. E.Mustafayev Z.Əliyevin ümumilikdə ona 3 800 manat pul verdiyini deyib. Hər evə buraxılan xəstədən 5 manat, yaxınlarından 100 manat alınmasına gəlincə, sabiq direktor bundan xəbərsiz olduğunu bildirib.
Zamin Əliyev isə ifadəsində daha açıq danışıb, kimlərdən hansı cür rüşvət aldığını etiraf edib.
E.Mustafayev və Z.Əliyevin qismən ziddiyyətli ifadələrinə görə müstəntiq onları üzləşdirib. Z.Əliyev qanunsuz əməllərini tək-tək sadalayıb. Toplanan vəsaitdən 30 faizini özünə götürdüyünü, qalanını isə direktora verdiyini onun üzünə deyib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyatla Mərkəzin direktoru E.Mustafayev və birinci müavini Z.Əliyev saxlanılıblar. Həkimlər külli miqdarda rüşvət almaqda ittiham edilirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?