"Məni qatı cinayətkar kimi həbs etdilər" - Polkovnik-leytenant

"Məni qatı cinayətkar kimi həbs etdilər" - Polkovnik-leytenant2022-ci ilin avqustunda DSX-nin hərbi hospitalında əsgər Mirkamal Cabbarovun xəstəlikdən vəfat etməsi ilə əlaqədar məsuliyyətə cəlb edilən tibb xidməti polkovnik-leytenantı Eldar Məmmədov barəsində seçilmiş qətimkan tədbirindən şikayətçidir.

"Qafqazinfo"ya müraciət edən E.Məmmədov bildirib ki, Bakı Hərbi Məhkəməsinin 15.03.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 1 il tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Həmin tarixdə E.Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də dəyişdirilib və o, məhkəmə zalındaca həbs edilib.

Şikayətçi zabit bildirib ki, o, istintaqdan heç vaxt yayınmayıb, həmçinin təqsirləndirildiyi maddə üzrə əməlin xarakterinə uyğun olmayan formada həbs edilib: "Cinayət Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, həbs qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində yalnız cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq halları mövcud olduqda seçilə bilər. Lakin mən birinci instansiya məhkəməsində bütün iclaslarda iştirak etmişəm, məhkəmədən gizlənməmişəm, eyni zamanda cinayət işinin materiallarının saxtalaşdırılması ilə istintaqın gedişinə mane olmaq və cəmiyyət üçün təhlükəli olaraq qalma halı da olmayıb. Dövlət Sərhəd Xidmətində uzun illər qüsursuz xidmət göstərmişəm, 2020-ci ildə Vətən müharibəsi dövründə yüzlərlə hərbi qulluqçunun həyatını xilas etmişəm, bununla bağlı bir cox təltiflər və medallar almışam. Habelə törətdiyim iddia edildiyi cinayət ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Bununla bağlı hətta Avropa Məhkəməsinin təcrübəsinə də nəzər salsaq görərik ki, şəxsə qarşı hətta ağır cinayətə dair ittiham irəli sürülməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin müstəqil əsası deyil".

E.Məmmədov əlavə edib ki, birinci instansiya məhkəməsi onun barəsində ən ağır cəzanı təyin edərkən bir sıra vəsatətləri təmin etməyib, ekspertiza rəylərini işə daxil etməyib: "Əksər hallarda bu kimi hökmlər çıxarılarkən azadlıqdan məhrum edilmiş şəxs məntəqə tipli müəssisəyə göndərilir. Uzun illər tibb sahəsində qüsursuz xidmət etsəm də, məni qatı cinayətkar kimi məhkəmə zalında həbs etdilər və barəmdəki qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya instansiyasına müraciət etsəm də, mənə rədd cavabı verildi. Bu, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş bir zabitə qarşı, ən yumşaq dildə desək, hörmətsizlikdir".

Polkovnik-leytenantın sözlərinə görə, xidmətdə olduğu müddətdə əsgər M.Cabbarova bir neçə dəfə zəruri tibbi yardım göstərilməsi ilə bağlı göstəriş verib. Həmçinin həmin vaxt DSX-nin qəzaya düşmüş çavuşuna tibbi yardım göstərilməsi ilə bağlı işlərə də böyük vaxt sərf edib: "Mərhum Cabbarovu müalicə edərkən bütün hərəkətləri dəqiq və ardıcıllıqla qeyd etmişəm, ekspert olmadığımdan bu hərəkətlərin tibbi prosedurlara tam uyğun olub-olmadığı barədə bir söz deyə bilmərəm. Ona tibb məntəqəsinin bütün imkanları daxilində və vicdanla tibbi yardım göstərilib. Əgər əsgərdə hansısa ciddi patalogiya hiss etsəydim, dərhal həmin gün müvafiq tədbirlər görülərdi. Bütün müayinə tədbirlərini yerinə yetirdikdən sonra onda pnevmoniya xəstəliyinə xarakterik olan hansısa digər patalogiya aşkar etməmişdim".

Məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsindən sorğumuza belə cavab verilib: "Bakı Hərbi Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə Məmmədov Eldar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (Həmin maddənin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub).

Hökmün icrasını dərhal təmin etmək məqsədilə barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.

Müdafiəçinin şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır".


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2009   Tarix: 08 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust