Qadın onu əxlaqsızlıqla pul qazanmağa məcbur edən ərini öldürdü - DETALLAR

Qadın onu əxlaqsızlıqla pul qazanmağa məcbur edən ərini öldürdü - DETALLARAbşeron rayonunda 1989-cu il təvəllüdlü Gülüstan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1981-ci il təvəllüdlü həyat yoldaşı Asimi (adlar şərti göstərilib - red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 25 avqust 2023-cü ildə gecə saat 01:00 radələrində Xırdalan şəhərində baş verib.

Həmin vaxt kirayə yaşadıqları evdə narkotik aludəçisi olan Asim əvvəllər olduğu kimi onu əldə etmək üçün pul tapa bilməməsi səbəbindən Gülüstanla mübahisə edib, ona pul tapmasını, anasına zəng vurub pul istəməsini tələb edib. Gülüstan tələblərə əməl etməyəcəyini, anasından pul istəməyəcəyini, narkotikə görə anasının pulunun sərf olunmasından bezdiyini deyib.

Mübahisə zamanı Asim arvadının gizli telefon işlətməsindən xəbər tutduğunu, əxlaqsız yolla pul qazanıb ona verməyə borclu olduğunu deyib. Arvadının saçından tutaraq stola vurub, onu döyüb.

Bütün bunların nəticəsində güclü emosional yaşantı - "affektiv partlayış" baş verib. Gülüstan affekt halında Asimin qasıq nahiyəsinə bıçaqla vuraraq onu öldürüb.

"Tez-tez mübahisələrimiz olurdu"

İstintaq orqanı tərəfindən Gülüstanın barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülüstan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, 2007-ci ildə Asimlə ailə həyatı qurub, lakin rəsmi nikah bağlanmayıb:

"2008-ci ildə Nərmin adlı övladımız dünyaya gəldi. Ailə qurduğum vaxtdan müxtəlif ünvanlarda kirayə yaşamışıq. 2023-cü ilin iyul ayının əvvəllərindən hadisə baş verən ünvanda kirayə yaşamağa başladıq. Ərim Asim narkotik aludəçisi olduğundan evdə tez-tez mübahisələrimiz olurdu".

"Çimərlikdə pivə içdik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, əri Asim 2022-ci ilin yay aylarında 3 ay müddətində narkotik vasitə aludəçiliyi ilə bağlı Pirşağı yaxınlığında adını dəqiq xatırlamadığı özəl tibb müəssisində müalicə alıb:

"Müalicə bitdikdən 2 ay sonra yenidən narkotik qəbul etməyə başladı. Avqustun 24-də saat 14 radələrində qızım Nərminlə Novxanı yaxınlığında yerləşən "Local Beach" adlı çimərliyə getdik. Xalam qızı Südabənin əri Saleh də 3 qızı ilə oraya gəlmişdi.

Saat 21 radələrində ərim oraya gəldi və birlikdə oturduq. Orada mən, ərim Asim, Südabə və onun əri bir stolda oturmuşduq. Qızım Nərmin, Südabənin qızları ilə ayrı stolda əyləşmişdilər. Stolda mən, ərim, Südabə və onun əri pivə içdik. Mən əlavə olaraq kokteyl də içdim".

"Anamdan pul istəmişəm"

Gülüstan deyib ki, avqustun 25-də gecə saat 1 radələrində əri Asim, qızı Nərmin və bacısı qızı ilə birlikdə yaşadığı evə gəliblər: "Mətbəxdə Asimlə əvvəllər də aramızda olduğu kimi eyni məzmunlu mübahisə başladı. O, narkotik qəbul etmək vaxtı çatdıqda evdə dava-dalaş salırdı. Narkotikə pul tapa bilmədikdə, mənimlə mübahisə edir, pul tapmağa kömək tələb edirdi.

Dəfələrlə anama zəng edərək, "evdə pul qurtarıb" adı ilə pul istəmişəm. Anam neçə dəfə mənə pul vermişdi. Ondan aldığım pulu da ərimə verirdim. Asim pulu alan kimi evdən çıxır, haradansa narkotik tapıb qəbul edirdi".

"Əxlaqsızlıq edərək pul qazanmalı olduğumu dedi"

Gülüstanın ifadəsinə görə, avqustun 25-də gecə mətbəxdə olduğu vaxt əri Asim pulunun çatmadığını deyib və narkotik almaq üçün pul verməsini tələb edib: "Ona pulumun olmadığını dedim. O da anama zəng edərək pul istəməyimi tələb etdi. Narkotikə görə anamın pulunun sərf olunmasından bezdiyimi dedim.

Bu zaman o, qolumdan tutaraq mənə şillə vurmağa başladı. Məni döyərkən ona qəti şəkildə daha pul verməyəciyimi dedim.

Ərimin mənim gizli telefon işlətməyimdən də xəbəri vardı. O mənə əxlaqsızlıq edərək pul qazanmalı olduğumu, qazandığım pulu ona verməyə borclu olduğumu dedi. Həmin vaxt əxlaqsız olmadığım halda məni bu cür alçatdığından gərgin vəziyyətə düşdüm, ağlamağa başladım".

"Qan ləkələrini təmizlədim"

Gülüstan qeyd edib ki, əri mətbəxdən bıçağı götürərək saçlarından tutub, başını stolun küncünə vurub: "Bıçaqla hədələyərək məni də, özünü də öldürəcəyini dedi. Çox qəzəbli idi. Onun məni öldürəcəyindən qorxdum, özümü itirdim, nə edəcəyimi bilmədim. Həyəcanlı halda əlimi həmin bıçağa atmağım yadımdadır. Bundan sonra nə baş verdiyini xatırlaya bilmirəm. Sanki gözüm qaraldı.

Özümə gələndə əlimdə bıçaq olduğunu gördüm. Yerdə isə qan ləkələri vardı. Yenə nə baş verdiyini anlaya bilmədim. Bədənimi keyimiş kimi hiss etdim. Daha sonra Asimin səsini eşitdim. Ona tərəf baxdıqda, qan içində qonaq otağında oturaq vəziyyətdə gördüm. Hələ də nə baş verdiyini anlaya, dərk edə bilmirdim. Ona kömək etməyə çalışdım. Birtəhər özümü toparladım, dəsmal götürərək Asimin yarasına sıxdım, qanaxmasını dayandırmaq istədim. Uşaqların harada olduğunu görmədim.

Asimin yanında yerə çökərək ağladım. Bir müddət sonra özümə gəldikdə anladım ki, ərimi vurmuşam. Lakin hadisənin necə baş verdiyi yadıma düşmədi. Həyəcanlı şəkildə, tutulacağımdan qorxduğuma görə evdə qan ləkələrini təmizləməyə başladım. Mətbəxdə yerdə olan qan ləkələrini təmizlədim".

"Ərimin özünə xəsarət yetirdiyini demişəm"

Gülsatanın ifadəsinə görə, sonra qonşulardan kimsə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib:

"Ərim Asimi hansı vəziyyətdə vurduğumu xatırlamıram. Xatırladığıma görə, ərim məni döyərək, əlində bıçaq olarkən bıçağı mənə doğru istiqamətləndirib. Daha sonra baş verənlər yadımda deyil. Asimi öldürmək fikrim yox idi. Bıçağı Asimin əlindən necə almağımı da xatırlamıram.

Özümə gəldikdən sonra hadisəni törətdiyim bıçağı qonaq otağında ərimin meyitinin yanına qoydum.

Hadisə vaxtı qızım və bacım qızı da bizdə idilər. Özümə gələndə onların evdə olmadığını gördüm. Hadisənin təsiri altında olaraq 102 və 103 xidmətinə məlumat verməmişəm. Ərimin özü-özünə xəsarət yetirməsi barədə fikir mənim tərəfindən irəli sürülüb. Tutulacağımdan qorxduğuma görə anama və qonşulara ərimin özünə xəsarət yetirdiyini demişəm".

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Gülüstan 1 il 5 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvanı axşam saat 23:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, iş və yaşayış yerlərini nəzərə alaraq Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş "ev dustaqlığı" növündə qətimkan tədbiri ləğv edilib. Onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.

Hökmün icrası səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1550   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust