Coşqun Rəhimov kimdir? - Dəfələrlə ölüb-dirilən, qadın cildinə girən HACI

Coşqun Rəhimov kimdir? - Dəfələrlə ölüb-dirilən, qadın cildinə girən HACILent.az "Bioqrafiya" rubrikasında hər obrazı ilə tamaşaçıları qəhqəyə qərq edən, oynadığı qadın obrazları ilə xüsusilə sevilən, "Bu şəhərdə" yaşayan, yaradan aktyor, Əməkdar artist Coşqun Rəhimovdan bəhs edir

- Coşqun Rəhimov harada və nə zaman anadan olub?

- Coşqun Rəhimov 1972-ci ilin dekabr ayında Sumqayıtda anadan olub.

- Coşqun Rəhimov ailəlidir?

Coşqun Rəhimov çox tez, 21 yaşında qohumlarından olan bir xanımla ailə həyatı qurub. Ancaq ailə quracağı xanımın qohumu olduğunu bilməyib. Elçilik zamanı Coşqunun atası ilə gələcək həyat yoldaşının babası bir-birləri ilə rastlaşanda, məsələ məlum olub. Bu evlilikdən onların Günel adlı bir qızı, Allahverdi adlı bir oğlu dünyaya gəlib. Hazırda iki nəvəsi var.

- Coşqun Rəhimovun imkanlı aktyordur?

- Hazırda maddi imkanı yaxşıdır. Lakin bir zamanlar çox kasıbçılq çəkib. Ailə qurandan sonra maddi sıxıntılar yaşayan Coşqun dolanışıq üçün müxtəlif sahələrdə çalışıb. O, hətta bir müddət şəhərdəki restoranların birində ofisiant kimi də işləyib.

- Coşqun Rəhimovla Rafael İsgəndərovun əməkdaşlığı necə başlayıb?

Coşqun Rəhimov yeniyetməlik illərindən incəsənətə marağı olduğundan 1989-cu ildə İncəsənət Universitetinə daxil olub. Burada Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Şükufə Yusupova, Elmira Şabanova, Gülşad Baxşıyeva, Fuad Poladovdan dərs alıb. Coşqun elə universitet illərində həmkarı Rafael İsgəndərovla eyni qrupda oxuyub. Onlar hələ tələbəlik illərindən rejissor Hüseynağa Atakişiyevin yaratdığı Azərbaycan Dövlət Gənclər Teatrında fəaliyyətə başlayıblar. Burada bir-birindən maraqlı teatr tamaşalarında çıxışlar ediblər.

1999-cu ildə o, həmkarı Rafael İsgəndərovla "Bu şəhərdə" adlı layihəni yaratmaq qərarına gəlirlər. Ancaq layihə üçün çıxış edə biləcəkləri məkan və efir tapılmır. Rejissor Mehriban Ələkbərzadənin köməkliyi ilə "Bu şəhərdə" layihəsi yaranır. Coşqunun sözlərinə görə, layihənin adını da Mehriban xanım qoyub.

- Coşqun Rəhimova teatrda mane olanlar olub?

Yolu vaxtilə Akademik Milli Dram Teatrından keçən aktyora ciddi maneələr yaradılıb.

Aktyor özü bu barədə deyir: "Heydər Əliyev adına saray təmir olunanda, biz "Azdrama"da məskunlaşdıq. Orda bizdən şikayət ərizəsi yazdılar, dedilər, burda belə şeylər eləmək olmaz, bura məbəddir. Bəs məbədin yeməkxanasında yer üstündə dava etmək, intriqa aparmaq olar? "Brüsseldən məktublar" tamaşasında Mirzə Fətəli Axundovun oğlu rolu üçün Coşqunu çağırmışdılar. Sonra şikayət olundu ki, niyə bizim öz aktyorlarımızı qoyub kənardan adam çağırırsınız. Həmin rol üzərində mən, Füzuli Hüseynov və Nurəddin Mehdixanlı işləyirdik. Bir rol üçün iki-üç dublyor olanda, o tamaşanın ömrü də az olur, sonu da uğursuzluqla nəticələnir. Onda mən özüm roldan imtina etdim. Gənclər Teatrında işləyəndə Şeksprin "Yay gecəsində yuxu" tamaşasında yarım saatdan sonra səhnəyə çıxacaqdım. Şleyfimin arxasını qayçı ilə doğramışdılar"- deyə o bildirib.

- Coşqun Rəhimov toylara tamada kimi dəvət alır?

Hər nə qədər cazibədar təkliflər gəlsə də, qrup toylara getməməyə qərar verib və bu sözə əməl edir.

- Coşqun Rəhimov dindardır?

Bəli. Azərbaycanın tanınmış aktyoru Hacı adını qazanmaq üçün müqəddəs Məkkədə olub.

- Coşqun Rəhimov haqqında nə üçün dəfələrlə ölüm xəbərləri yayılıb?

Coşqun Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkən məşhurlardandır. Belə ki, 2010-cu ildə sənətçinin halı anidən pisləşir. Təcili müayinələrdən sonra o, əməliyyat olunur. 3 saatlıq planlaşdırılan əməliyyat düz 13 saat çəkir. Coşqunun boğazından və sinəsindən 120 şiş təmizlənir. 2013-cü ilin dekabr ayında və 2016-cı sentyabrında aktyor yenidən əməliyyat masasına uzanır. Xəstəliyi ilə bağlı onun haqqında dəfələrlə ölüm xəbərləri yayılıb.

- Coşqun Rəhimov bu xəbərlərə necə münasibət bildirir?

"Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Öldü deyə-deyə axırda məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir. Bu xəbərlər məni o mənada məyus etdi ki… Yaxınlarım, ailəm, dostlarım narahatlıq keçirdi. Məni ən əsas üzən bu oldu. Mənimlə bağlı yayılan belə məlumatlar birbaşa onlara təsir edir. Ailə üzvlərim, dost-tanışlar, qohumlar mənə görə narahat olurlar. Əlbəttə, mən bilirəm ki, sağam. Ancaq həmin an mənimlə əlaqə yarada biməyənlər nə hisslər keçirir?! Çox şərəfsiz, alçaq, mənəviyyatsız və vicdansız insandır bu xəbəri yayanlar. Bilmirəm bu yolla qazandığı pulu evinə, ailəsinə necə aparır. Bu adamın məqsədi nədir, bilmirəm, hansı məzhəbə qulluq edir? Söz tapa bilmirəm bu insanlar haqqında.
Belə məqamda dərhal yaxınlarımı düşünürəm. Yaxnlarımın, əzizlərimin, dostlarımın, sevənlərim və əziz tamaşaçılarımın narahatlığını başa düşürəm. Belə məqamda sevildiyimi, məni çox istədiklərini hiss edirəm. Başa düşürəm ki, tamaşaçılarım və dostlarım üçün dəyərliyəm. Bu mənə həm də onu göstərir ki, işimdə xırda da olsa, nəyəsə nail olmuşam. Bütün bunlara sevinə bilərəm. Ancaq yaxınlarımın keçirdiyi narahatlıq sevincimə mane olur. Qoy bu xəbəri yazan üzülsün ki, mən ölməmişəm.

Ölümlə zarafat etməzlər, axı. O şəxslər bilsin ki, mənim yaxınlarım, dost-tanışlarım bu məlumatı yayanları lənətləyir. Özlərinə lənət qazanırlar. Allah verən ömrü Allah da alır. Hamı nə vaxtsa öləcək...

- Coşqun Rəhimov kinoya çəkilib?

Aktyor "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Gəlinlər", "Bomba", "Məhəllə", "Məşədi İbad-94", "Tam məxfi" filmlərinə çəkilib.

- Çoşqun Rəhimov kimləri parodiya edib?

Coşqun Rəhimov "Bu şəhərdə" layihəsində işlədiyi dövrlərdə Elgiz Əkbəri, Əkbər Əlizadəni, Könül Kərimovanı, Rəhim Rəhimlini, Aygün Kazımovanı, Samiraldonu, Aybəniz Haşımovanı, Xumar Qədimovanı, Tünzalə Ağayevanı, Cavanşir Məmmədovu, və digər məşhurları parodiya edib.

- Coşqun Rəhimovun ən uğursuz parodiyası hansıdır?

O parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurun isə Könül Kərimova olduğunu vurğulayıb.

"Könül Kərimova eşidəndə ki, biz onu parodiya edəcəyik, zəng elətdirdi, Cabbar müəllimi göndərdi. Bizdən xahiş etdi ki, xətirə dəyən bir şey olmasın, Könül xanım özünü pis hiss edir. Biz and-aman etdik ki, neqativ bir şey yoxdur. Könül xanımın həm sənətinə, həm də özünə böyük hörmətimiz var. Sadəcə bu toy adamı olduğuna və yerinə düşdüyünə, özünü Şakira ilə müqayisə etdiyinə görə, maqazin verilişlərində çox populyar idi. Güc-bəla konsertə də gəldi, oturdu. Makiyajsız, şubada, eynək də gözündə gəldi ki, onu tanımasınlar. Obrazına baxırdı, əsirdi. Onu parodiya edən aktyor, yəni mən, onun reaksiyasına baxıb, oynamaq istəmirdim. O qədər negativ enerji verdi ki, obraz alınmadı",- deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr