Ramin Abdullayev özünə "Mitsubishi Pajero Sport" alır - Dağlarda ov ovlamağa, quş quşlamağa

Ramin Abdullayev özünə "Mitsubishi Pajero Sport" alır - Dağlarda ov ovlamağa, quş quşlamağaDövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi "Mitsubishi Pajero Sport" markalı avtomobilin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilməyən, bir mənbədən satınalma proseduruna yekun vurub. Satınalmanın qalibi "Diamond Motors" MMC seçilib və tərəflər arasında 79.100 manat məbləğində müqavilə bağlanıldığı barədə məlumat portalda 03.07.2024-cü ildə dərc edilib.

Qeyd edək ki, 2006-cı il noyabrın 20-də "Diamond Motors" MMC ilə "Mitsubishi Motors" regional distribütoru arasında imzalanmış sazişə əsasən "Diamond Motors" MMC Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi dileri olub. Sazişə əsasən, "Diamond Motors" MMC "Mitsubishi Motors"un yük maşınları və avtobusları da daxil olmaqla avtomobillərin bütün model sırasını satmaq hüququnu əldə edib. Azərbaycanda 2006-cı il dekabrın 25-dən "Mitsubishi Motors" avtomobillərinin rəsmi satışlarına start verilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "DİAMOND MOTORS" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.11.2006-cı il tarixdə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, BAKI-SUMQAYIT ŞOSSESİ, qanuni təmsilçisinin isə Əsədov Elçin Qamət oğlu olduğu göstərilir.

Dövlət reyestrinə edilmiş dəyişikliklərdə MMC-yə Hüseynov Rəşid Səmənd oğlu, "Audatex-Azərbaycan" şirkətinin icraçı direktoru Zakir Zahid oğlu Kərimzadə də qanuni təmsilçilik edib. 2016-cı ilin avqustundan Əsədov Elçin Qamət oğlu MMC -nin dəyişməz qanuni təmsilçisidir.

Elektron medianın 2021-ci ilin noyabrında yaydığı məlumatda bildirilir ki, yapon avtomobil markası olan "Subaru"nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkəti "Subaru Azərbaycan"nın rəhbəri dəyişib. "Subaru Azərbaycan"a bu günə qədər rəhbərlik edən Şahin Şahverdiyev Əmiraslan oğlu vəzifəsindən azad edilib.

Onun yerinə bu şirkətə Elçin Əsədov Qamət oğlu təyin edilib. Qeyd edək ki, E.Əsədov 2005-ci ildən Honda Azərbaycan-a rəhbərlik edirdi. Xatrıladaq ki, "Subaru Azərbaycan" MMC 2006-cı ildə yaradılıb və 3 700 020 manat nizamnamə kapitalına sahibdir. Mafraqlıdır, "Subaru Azərbaycan" MMC -dən fərqli olaraq "Diamond Motors" MMC-nin nizamnamə kapıtalı niyə cəmi 20 manatdır.

Şirkətin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə satmaq istədiyi avtomobilin hansı ilə aid olduğunu müəyyən edə bilmədik. Çünki, tenderin bir mənbədən satınalma üsulu ilə keçirildiyindən şərtlər toplusunda Mərkəzin almaq istədiyi avtomobilin ümumi vəziyyəti haqqında ətraflı məlumat əldə etmək olmur.

Buna baxmayaraq biz "turbo.az" saytı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi 2024-cü il istehsalı olan 0 km "Mitsubishi Pajero Sport" markalı avtomobilin qiyməti 44 900 -46 500 ABŞ dolları arası dəyişir. Saytda 2022-ci ilin "Pajero Sport" markalı avtomobili 39 800 ABŞ dollarına, 2020-ci ilin sözügedən markalı avtomobilinin qiyməti 49 500 manata təklif olunur.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir.

Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də dövlət xidmət qurumları avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir. 28.12.2021-ci il tarixindən Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə Ramin Abdullayev təyin olunub.

Buna qədər o 12.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müvafiq əmrinə əsasən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunmuş, 05.06.2020-ci il tarixdən Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinin icrası həvalə edilmişdir.

Elektron medianın yaydığı məlumatlara görə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevin adı da son vaxtlar bir sıra qanunazidd əməllərdə hallanmaqdadır. Onun öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər geniş məlumatlar mövcuddur.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi "Mitsubishi Pajero Sport" markalı avtomobil də çox güman ki, sədr Ramin Abdullayev üçün alınır. Amma burada maraqlı bir nüans var. Adətən dövlət məmurları sedan tipli lüks avtomobillərə üstünlük verirlər. Görsənən odur ki, Ramin Abdullayev "Mitsubishi Pajero Sport"u Bakı şəhərinin düz yolları üçün deyil, dağlarda səyahət etməyə, ov ovlamağa, quş quşlamağa alır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3268   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr