Ermənilər oğurladıqları mahnılarımıza görə təzminat VERMƏLİDİR: Sülh müqaviləsində isə mədəni problemlər YER ALSIN - TƏKLİF

Ermənilər oğurladıqları mahnılarımıza görə təzminat VERMƏLİDİR: Sülh müqaviləsində isə mədəni problemlər YER ALSIN - TƏKLİFXəbər verdiyimiz kimi, Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsəri erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilib və "Youtube"da yayılıb. Ermənilərin bizim mahnılarımızı oğurlaması halları ilk deyil. Amma hələ də onlar bizim mədəni sərvətlərimizi talan etməkdən əl çəkə bilmirlər.

Bəs mənimsənilən mahnılarımız ilə bağlı hansı addımlar atılmalıdır? Məsələ ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Sərdar Fərəcov bildirib ki, bununla əlaqədar Azərbaycanda hazırda Müəllim Hüquqları Agentliyi adlı yeni bir cəmiyyət yaradılıb:

"Orada bəstəkar Gövhər Həsənzadə rəhbərlik edir. Bəstəkar Gövhər Həsənzadə bununla əlaqədar aktiv fəaliyyət göstərir. Ermənilərin oğurladığı mahnımız çox məşhurdur. Artıq onun yaşı sərhədləri keçir. Bunu oğurlayaraq oxuyan erməni yeni ifaçıdır. Bu mahnı 70-ci illərdə dəfələrlə Qarabağ ermənilər tərəfindən oğurlanıb. O cümlədən Ermənistanda yaşayan ermənilərdə bu mahnını özlərinin olaraq təqdim edib. Çünki Azərbaycan musiqisi çox gözəldir və melodiyası zəngindir. Ermənilərdə belə şey yoxdur. Buna görə də ermənilər ancaq oğurlamağa məhkumdur. Onlar zamanında Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Seyid Rüstəmovun bəstələrini oğurlayıblar. Ona görə saymaqla bitirmək olmaz. Ermənilərdə nəsil dəyişdikcə oğurluq işi daha səmərəli inkişaf edir. Onlar həmişə Azərbaycanın maddi sərvətləri ilə qidalanıblar. Mənəvi sərvətlərimizi isə oğurlamaqda davam edirlər. Ona görə də biz buna öyrəşmişik".

Bəstəkarın sözlərinə görə, mahnılarımızın oğurlanmasına görə həbs cəzası olmasa da, təzminat ala bilərik. Amma iki ölkə arasında bununla əlaqədar müqavilələr bağlanmalıdır:

"Müqavilə bağlananda onlar hansısa bəstəkarın musiqisini ifa etmək istəyəndə Azərbaycanın Müəlliflər Hüququ İdarəsinə məlumat verməlidirlər. Mahnı əgər konsertdə ifa edilibsə, müəyyən faiz köçürülməlidir. Ortada normal münasibət olmalıdır. Erməni sözü ilə normal münasibət anlayışı düzgün gəlmir. Ona görə qarşıda böyük sülh müqaviləsi gözləyirik. Sülh müqaviləsində mədəniyyət sahəsində bəzi maddələr öz əksini tapmalıdır. Mütləq nəzərə alınmalıdır ki, 100 ildən çoxdur ermənilər Azərbaycan musiqisini talan edir. Qəribəsi odur ki, biz erməni oxumuruq və heç lazım da deyil. Onlar mahnılarımızı təkcə öz dillərində deyil, həm də Azərbaycan dilində ifa edirlər. Belə olan təqdirdə qanunda bu məsələ öz əksini tapmalıdır. Hələ ki, yoxdur. Ona görə də bizə ancaq belə narazı etmək və gileylənmək qalır. Amma qanun şəklində qüvvəyə minəndə və ermənilər təzminat ödəyəndə ağılları başlarına gələcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1540   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr