Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb - Ailə faciəsi...

Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb - Ailə faciəsi...Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində arvadını xüsusi amansızlıqla qətlə yetirən 40 yaşlı Qaçay Şahməmmədov iki il sonra özü də istintaq təcridxanasında ölüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ailə faciəsi ilə bağlı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İttihama görə, Qaçay 2022-ci ildə 16 il evli olduğu 36 yaşlı Rimma Tarıverdiyevanı qıcqanclıq zəminində öldürüb. Hadisə baş verən vaxt uşaqları da evdə olub. Bu səbəbdən Qaçay uşaqların yatmasını gözləyib, arvadını gecəyarı öldürmək qərarına gəlib. Ekspert rəyləri ilə də təsdiq edilib ki, təqsirləndirilən şəxs yataq otağında arvadına 26 bıçaq zərbəsi vurub.

İbtidai istintaqın gedişində təqsirləndirilən şəxsin psixi durumu ilə bağlı tibbi ekspertizalar keçirilib. Həkim rəyləri ilə Qaçayın cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.

Bundan sonra istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Q.Şahməmmədov saxlanıldığı istintaq təcridxanasından çıxarılaraq Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib.

İş materiallarında yazılıb ki, Qaçay xeyli müddət xəstəxanada müalicə aldıqdan sonra yenidən 3 saylı Bakı İstintaq Təcridxanasına qaytarılıb. Faciəsi də bundan sonra başlayıb. O, təcridxanaya qayıtdıqdan sonra orada 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Dərhal müalicə müəssisəsinə çatdırılıb.

Q.Şahməmmədovun təcridxanada hansı şəraitdə ağır dərəcəli yanıq xəsarətləri alması barədə istintaq materiallarında heç nə yazılmayıb. Ölüm haqda rəydən görünür ki, təqsirləndirilən şəxs yanıq və böyrək xəstəliyi səbəbindən müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Təqsirləndirilən şəxsin ölümündən sonra prokurorluq məhkəməyə işlə bağlı qərar göndərib. Sözügedən sənəddə Q.Şahməmmədovun cinayət məsuliyyətindən azad edilməsi, ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilməsi məsləhət görülüb. Qərara hakim Aynurə Rzayevanın sədrliyi ilə baxılıb.

Qətlə yetirilən Rimma Tarıverdiyevanın hüquqi varisi qismində tanınmış valideyni məhkəmədə qızının Qaçaydan boşanmaq istədiyini bildirib. Dediyinə görə kürəkəni ailəsinin dağılmasını istəmədiyinə görə yalvarıb, sonradan evlilikləri davam edib.

Qaçayın qanuni nümayəndəsi qismində tanınmış atası isə mərhum oğlunun gəlinini niyə öldürdüyünü bilmir. Sadəcə onu qeyd edib ki, hadisə günü oğlu ona zəng edərək, "Durma, gəl. Öldürdüm, gəl, uşaqlara sahib çıx, polisə xəbər vermişəm", - deyib.

Məhkəmə dəlil və sübutları tədqiq etdikdən, tərəfləri dindirdikdən sonra müttəhimin cinayəti anlaqsız vəziyyətdə törətməsinə əmin olub.

Qərara əsasən, Qaçay Şahməmmədov cinayət məsuliyyətindən azad edilib. Qanunun tələbinə uyğun olaraq müttəhimin ölməsi ilə əlaqədar iş üzrə icraata xitam verilib.

***

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Q.Şahməmmədov özünü yandıraraq intihar edib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2183   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub. Apa-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb. Araşdırmalar davam etdirilir. Xatırladaq ki, rayonun Mahmudlu kənd sakini 2014-c

25 iyul
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı (VİDEO)

Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbayca

11 iyul
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr