Baş nazirin əmək pensiyası ilə bağlı qərarı kimlərə şamil olunur?

Baş nazirin əmək pensiyası ilə bağlı qərarı kimlərə şamil olunur?"Nazirlər Kabinetinin son qərarı "Əmək pensiyaları haqqında" Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr edilir".

Oxu.Az-ın məlumatına görə, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib:

"Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir.

"Əmək pensiyaları haqqında" Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklər ilə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlə daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq.
Baş nazirin əmək pensiyası ilə bağlı qərarı kimlərə şamil olunur?Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir".

V.Bayramovun sözlərinə görə, digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılır:

"Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2531   Tarix: 11 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA

Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsi

13 noyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Azərbaycanda çips vergiyə cəlb olunacaq

Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi

5 noyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Azərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bundan başqa, məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, və avtomobi

16 noyabr
.

Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib

9 noyabr
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

9 noyabr
.

Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda

17 noyabr
.

Azərbaycanda qızılın son qiymətləri

Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr

12 noyabr