Çin Trampa sui-qəsd cəhdindən də PUL QAZANIR - FOTO
ABŞ-ın keçmiş prezidenti Donald Trampın sui-qəsd cəhdindən dərhal sonra çəkilmiş fotoşəkili olan köynəklər Çində satılmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilir ki, hadisədən cəmi bir neçə saat sonra Çinin ən böyük elektron ticarət platforması "Taobao"nun rəflərində belə rəsimli köynəklər peyda olub.
Xatırladaq ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
Atıcı məhv edilib və şəxsiyyəti müəyyən edilib.
FTB-nin məlumatına görə, o, Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur.
"New York Post" mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1331 Tarix: 15 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya
12 sentyabrBorcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka
13 sentyabrAzərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalınd
12 sentyabrPensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs
12 sentyabr