Nəcməddin Sadıkov təkcə armudu stəkanla çaxıra - 29 min xərcləyib

Nəcməddin Sadıkov təkcə armudu stəkanla çaxıra - 29 min xərcləyibMüdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və üç yüksəkrütbəli zabitin məhkəməsi sona doğru davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində araşdırılan iş üzrə bütün şahidlər dindirilib.

Budəfəki iclasda sədrlik edən hakim Fikrət Əliyev tərəflərin razılığı ilə iş materiallarının tədqiqinə başlayıb.

Tədqiq olunan sənədlərin arasında Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsinə verdiyi 4 illik maliyyə hesabatı da var. Hesabatda əks olunan bəzi xərclər isə diqqət çəkir. Rəsmi sənədlə təsdiqini tapıb ki, Müdafiə Nazirliyinin 2016-2019-cu illər ərzində keçirdiyi tədbirlərə 713 min manat pul xərclənib. Məsələn, "Ağ Çiçəyim" mağazalar şəbəkəsindən 4 ildə 60 min manatlıq gül-çiçək, 14 min manatlıq dibçək alınıb.

Hesabatın başqa bir səhifəsində yer alan fakt isə daha ilgincdir. Məlum olduğu kimi, həmin illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov idi.

Rəsmi sənəddə yazılır ki, şəxsən Nəcməddin Sadıkova 21 min manata 6 dəst (cəmi 36 ədəd) armudu stəkan, 8 min manata isə 80 butulka (biri 100 manat) çaxır alınıb. Sadıkovun şəxsi istifadəsinə verilən ümumilikdə 29 min manatlıq armudu stəkan və çaxırın pulu dövlət vəsaiti hesabına ödənilib.

Prosesin davamında təqsirləndirilən zabitlərə verilmiş xidməti xasiyyətnamələr elan edilib.

Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımovdan başqa digər təqsirləndirilən şəxslərin xidməti müsbət qiymətləndirilib.

Hərbi Hava Qüvvələrinin bu yaxınlarda təqaüdə göndərilən komandanı general-leytenant Ramiz Tahirov Cəlal Kazımov haqda özü Dövlət Təhlükəsizliyi Xidmətinə rəy göndərib. Rəydə polkovnik Kazımovun xidməti mənfi xarakterizə olunub.

Təqsirləndirilən şəxs barəsindəki mənfi rəyi qərəzli hesab edərək, "30 il xidmət etmişəm. Bu illər ərzində heç vaxt nə töhmət, nə cəza almışam", - deyib.

Əvvəlki iclasda Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin məhkəməyə çağırılması məsələsini qaldırmışdı. Vəkil bu dəfə həmin məsələ ilə bağlı vəsatət qaldırıb.

Vəsatətdə deyilir ki, cinayət işində bir çox şəxsin adına pullar köçürülüb mənimsənildiyi qeyd edilib. Söhbət mənimsənilən 1 milyondan çox puldan gedir. Vəkil kartlarına pul köçürülən şəxslərin məhkəmədə dindirilməsini istəyib.

Məhkəmə əlavə şahidlərin dindirilməsinə ehtiyac görməyib. Hakim bəyan edib ki, vəsatətdə qeyd olunan şəxslərin izahatları iş materillarında var. Həmin izahatlar yetərlidir.

Proses iyulun 19-da digər sənədlərin tədqiqi ilə davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. İş üzrə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. Birgə ittiham olunan yuxarıda vəzifələri qeyd olunan general Nizami Məmmədov, polkovnik Cəlal Kazımov, həmçinin Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin eks rəisi kapitan Vüsal Əlizadə 3 ilə yaxındır həbsdədirlər.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3220   Tarix: 15 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust