Hüseynbala Mirələmov oğlunun məhkəməyə verilməsindən DANIŞDI
Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
Məlumata görə, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Bu səbəbdən "Azərsu"ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Hüseynbala Mirələmov oğlunun su pulunu ödəmədiyi üçün məhkəməyə verilməsinin təfərrüatı ilə bağlı Modern.az-a danışıb.
Keçmiş deputat vurğulayıb ki, hadisənin görünməyən tərəfləri var:
"Oğlumun vaxtilə bir yerdə işlədiyi dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, Fəridin Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, "get, qal". Dostu oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə edib. Lakin su pulunu ödəməyib. Bağ oğlumun adına olduğuna görə, borc onun adına yazılıb. Oğlum həmin adama zəng edib məsələni danışıb. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 796 Tarix: 16 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub. xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib. Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:. "Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib
4 aprelElnarə Abdullayeva polisə müraciət etdi
"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n
3 aprel"JEK"lər ləğv edilir - Əvəzində nə olacaq?
Bakı şəhərində uzun illərdir fəaliyyət göstərən və idarəetmə mexanizmi tez-tez tənqid hədəfinə çevrilən Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üçün artıq yolun sonu görsənir. Paytaxtın mənzil təsərrüfatı sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən bu addım, ölkənin 2022-2026-cı illə
4 aprelBakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO
Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik
4 aprelSabah yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanı
3 aprelMeteohəssas insanlar üçün sabahın hava PROQNOZU
Aprelin 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
2 aprelBu ərazilərdə mənzillər BAHALAŞIR
Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir. Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərind
4 aprel