Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibİyulun 17-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2024-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Respublika Hərbi Prokurorluğundan Sonxeber.az-a bildirilib ki, kollegiya iclasından əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror vəzifəsini müvəqqəti icra edən hərbi prokurorun müavini ədliyyə general-mayoru Şəfahət İmranov Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildən artıq müddət ərzində ölkəmizdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib. Əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məruzədə qeyd edilib ki, ötən dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 98,6 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizinin üstünün açılması təmin edilib.

İnsan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış əlaqələrin çox böyük əhəmiyyəti olduğu bildirilib.

Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb.

İclasda qeyd olunub ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 75, özünü öldürmə həddinə çatdırma cinayətləri 80, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 3,2, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkət cinayətləri 23,2, hərbi xidmətdən yayınma cinayətləri 31,4, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 90,9, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 və rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri 58,6 faiz azalıb.

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və işin səmərəliliyinin daim artırılması tələb edilib.

İclasın yekununda ədliyyə general-mayoru Şəfahət İmranov bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi sahəsindəki fəaliyyətin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilibHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1108   Tarix: 17 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021