Xocalıda əsir düşən Dürdanə Ağayeva yardıma möhtacdır: Ölümdən yox, qızının tək qalmasından qorxur - VİDEO
Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkir.
Hazırda onun vəziyyəti daha da ağırlaşıb:
"Artıq gəzə bilmirəm, ayaqlarım əsir. Üç gün əvvəl komaya düşdüm, neçə saat özümə gələ bilməmişəm. Ağrılarım çox olur, nevroloji problemlərim də var. Komaya düşməyim bununla əlaqədardır. Danışmağa da çətinlik çəkirəm. Halbuki mən 17 yaşından telefonçu işləyirdim, dilimə dil çatdırmaq olmurdu".
Səkkiz gün əsirlikdə qalan Xocalı sakini xəstəliyinin Qarabağda çəkdiyi əziyyətlərin, qorxunun, həyəcanın nəticələri olduğunu deyib:
"Çox əziyyətlər çəkmişəm. Mən orada çox işgəncələr gördüm. 20 yaşlı qız düşmən qabağında qorxu yaşamasın, nə etsin? Mən əsir düşməsəydim, bəlkə də bu qədər xəstəlik daşımazdım. Şəkər xəstəsiyəm, onurğamda 2 kilo dəmir var. Hamısı da Qarabağın, ermənilərin işgəncələrinin fəsadlarıdır".
Ölümdən qorxmadığını deyən D.Ağayeva qızının anasız qalmasından narahat olduğunu söyləyib: "Ölüm haqdır, bir gün gələn bir gün gedəcək. Bircə şeydən qorxuram, övladımın tək qalmağından. Ləmanım anasız qalmasın. Balamın məndən başqa heç kimi yoxdur. Onu mənsiz təsəvvür edə bilmirəm. Özümün yaşayıb-yaşamamağım məni heç maraqlandırmır, amma övladıma görə narahat oluram. Mən hər dəfə pis hala düşəndə, onun göz yaşlarına dözə bilmirəm".
Ətraflı süjetdə:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Dəhşətli bir qış gəlir - Havalar...
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Nazir şöbə müdiri təyin etdi