Radio həvəskarı olan sürücülərə şad xəbər: Tezliklə problemi aradan qalxır

Radio həvəskarı olan sürücülərə şad xəbər: Tezliklə problemi aradan qalxır"Azərbaycanda FM radioyayımlar, əsasən, paytaxt ərazisində yayımlanıb və bölgələrdəki əhalinin milli radio proqramlarını qəbuletmə imkanı məhdud olub".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O qeyd edib ki, FM radioyayım avadanlıqları parkının müasirləşdirilməsinə, radioyayım infrastrukturunda müəyyən təmir-bərpa işlərinin görülməsinə ehtiyac yaranıb:

"Həmçinin, bəzi stansiyalarda elektrik enerjisi təsərrüfatı köhnəldiyi üçün dayanıqlı enerji təminatı vacib bir məsələyə çevrilib. Bütün bu amillər FM radioyayım şəbəkəsinin keyfiyyətinin və dayanıqlılığının artırılması üçün kompleks həll tələb edir.

Sözügedən sərəncamın məqsədi məhz buna yönəlib. Belə ki, radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla milli radioların bütün ölkə ərazisində yayımının təmin olunması və bu istiqamətdə, əsasən, özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi sərəncamdakı mühüm məqamlardan biridir".

S.Məmmədov bildirib ki, bu layihə çərçivəsində həm də yeni texnologiyaların istifadəsi nəzərdə tutulub:

"Qurulmaqda olan Radio Data Sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitəsi bir bölgədən digər bölgənin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyədək mövcud olan tezliklərin dəyişməsi, radiosiqnalın itməsi kimi problemləri aradan qaldıracaq.

Sərəncamın icrası ilə bağlı hazırda intensiv işlər görülür. Bu işlər çərçivəsində artıq nəzərdə tutulan stansiyaların əksəriyyətində avadanlıqlar quraşdırılıb. Hazırda sınaq yayımları və texniki-tənzimləmə işləri aparılır. Aparılmış radiomonitorinqlər bu yayımların keyfiyyətli təşkil edildiyini göstərir. Yaxın aylar ərzində işlərin tam başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində yeni ayrılmış tezliklərin qonşu ölkələrlə və beynəlxalq səviyyədə koordinasiyası davam etdiriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 788   Tarix: 22 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

2 aprel
.

Bakıda bu ərazidə yeni bulvar salınacaq

Paytaxtın Yasamal rayonunda yerləşən və uzun illərdir "Qanlı göl" adı ilə tanınan ərazi ilə bağlı yenidənqurma planları yenidən müzakirə olunur. -in məlumatına görə, həmin su hövzəsinin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bildirilir ki, layihəy

3 aprel
.

Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. -a istinadən xəbə

3 aprel
.

Bakıya gətirilərkən yolda öldü - Foto

Ötən gün Beyləqanda baş verən ağır qəzada yaralanan sürücü həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Xocavənd qəsəbəsində baş verən qəzada yaralanan Sabunçu rayon sakini Quliyev Xəqani Xalqəddin oğlu Bakıdakı xəstəxanaya gətirilərkən yolda ölüb. "Hyundai" markal

3 aprel
.

9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - Video

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. "Qafqazinfo" "Sumqayıt24"ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib. Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hama

2 aprel
.

Nizami Kino Mərkəzinin divarına qrafiti çəkənlər saxlanıldı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Abidəyə dəyən ziyanı

3 aprel
.

15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub. xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib. Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:. "Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib

4 aprel
.

Onların təhsilhaqqını - Dövlət ödəyəcək

Minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət qarşılayacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qeyd edilib ki, minatəmizləm

3 aprel
.

Meteohəssas insanlar üçün sabahın hava PROQNOZU

Aprelin 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

2 aprel