"Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi regionda gərginliyin artmasına xidmət edir" - DEPUTAT
"Avropa İttifaqı Şurası Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul etməsi və ABŞ ilə Ermənistanın "Eagle Partner 2024" proqramı çərçivəsində birgə hərbi təlimləri birbaşa regionda yenidən müharibəni alovlandırılması xidmət edir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı təhlükəlidir və regionda gərginliyin artmasına səbəb ola bilər:
"Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə ölkəmizə qarşı yönələn növbəti təxribatdır. Ayrılan yardım torpaqlarımızın 20 faizini 30 ilə yaxın dövrdə işğal altında saxlayan və hal-hazırda da ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə vəziyyəti yenidən gərginləşdirməyə xidmət edəcək. Avropa İttifaqı regionda sülh və əmin-amanlığı təhlükəyə atan bu kimi addımlara son qoymalıdır. Bundan sonra Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə ABŞ və Avropa İttifaqı da məsuliyyət daşıyacaq".
Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyi anlamalıdır ki, xalqının firavan yaşamasının tək yolu sülh müqaviləsini imzalamaqdır:
"Yaxşı olar ki, Paşinyan 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatları zamanı ordusunun biabırçı məğlubiyyətini unutmasın. Növbəti müharibənin başlanması Ermənistanın dövlət kimi varlığını şübhə altına ata bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 702 Tarix: 23 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr