Laçında işçilərin ezamiyyə pulu kəsilib?
"Bir ildən artıqdır ki, Laçında inşa edilmiş "Aydınoğlu" mebel fabrikinə işləməyə göndərilmişik. İndiyədək aldığımız ezamiyyə xərclərimiz ötən aydan bəri verilmir".
Bu şikayətlə "Qafqazinfo"ya Laçında fabrikdə işləyən vətəndaş Nazim Paşa müraciət edib.
O bildirib ki, fabrikdə işləyib Laçına artıq köçmüş olanlar 800 manat, lakin hələ orada məskunlaşmamış vətəndaşlar isə 800 manatdan əlavə, 20 manat da günlük alırlar:
"Biz laçınlılardan ibarət olan komanda Bakıda üçaylıq kurs keçdikdən sonra Laçında "Aydınoğlu" mebel fabrikinə işləməyə gəldik. Bir ildən çoxdur ki, buradayıq. Biz hələ Laçında məskunlaşmamışıq, evlərimiz tikilməyib. Ancaq hazırda ezamiyyə üçün ayrılmış 20 manatımız verilmir. Bununla bağlı Bakı Abadlıq Xidməti deyir ki, büdcədə yetərli vəsait yoxdur. Ancaq Nazirlər Kabinetinin qərarı hələ də qüvvədədir. İstəyirik ki, bizə köməklik göstərilsin".
İddialarla bağlı "Bakı Abadlıq Xidməti" MMC-yə sorğu ünvanlanıb. Qurumun direktor müavini Nəsimi Əsədov bildirib ki, ezamiyyə xərcləri işçinin qısamüddətli ezamı zamanı qidalanma və qalma xərclərinin qarşılanması üçün ayrılır:
"Laçın şəhərində bərpa-inşaat, yenidənqurma işləri aparan "Bakı Abadlıq Xidməti" MMC bir il ərzində Laçına köçən yerli sakinlərin məşğulluq probleminin həlli yolunda əhəmiyyətli addımlar ataraq 500-dən artıq yerli sakini işlə təmin edib. Bu o deməkdir ki, bəzi ailələrdən bir, bəzilərindən isə 2-3 nəfər işlə təmin edilib. İlk vaxtlar, "Zerti" Aqrosənaye Parkındakı müəssisələrin fəaliyyətə başlaması üçün başqa bölgələrdən, o cümlədən Bakıdan mütəxəssislər və əməkdaşlar cəlb olunub, onların əməkhaqqına əvvəl günlük 30, daha sonra, iş şəraiti yüngülləşdikcə, 20 manat əlavələr edilib. Qeyd edək ki, qanunda belə əlavələrin məbləği qeyd edilmir. Ezamiyyə xərcləri işçinin qısamüddətli ezamı zamanı qidalanma və qalma xərclərinin qarşılanması üçün ayrılır.
Halbuki Laçına bölgələrdən bir ildən artıq müddətdə cəlb edilmiş işçilərin ilk gündən bu günə qədər yemək və qalma xərclərini Bakı Abadlıq Xidməti qarşılayır. Hazırda "Böyük qayıdış" proqramı üzrə doğma yurda qayıdan sakinlərin sayı artır və onların məşğulluq məsələsi birinci dərəcəli əhəmiyyət kəsb edir. "Zerti" Aqrosənaye Parkında açılmış müəssisələrdə rentabelliyin nəzərə alınması ilə işçi sayı arta və ya azala bilər. Burada qanunazid heç bir hal yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?