Şəhid atasının sənədləri və pul qabısı OĞURLANDI - DİN-dən REAKSİYA
Xəbər verdiyimiz kimi, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xəyal Cəbrayılovun atası sənədlərini və pulunu itirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məsələyə münasibət bildirib:
"Polis əməkdaşları tərəfindən vətəndaş Rafiq Cəbrayılovun itmiş əşyalarının tapılaraq təhvil verilməsi istiqamətində tədbirlər görülür".
************
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xəyal Cəbrayılovun atası sənədlərini və pulunu itirib.
Bu barədə Sonxeber.az saytına şəhidin atası Rafiq Cəbrayılov məlumat verib. O, bildirib ki, iyulun 16-da Bakıya gəlib və Babək prospekti, Beynəlxalq Bankın qarşısında bütün sənədlərini itirib:
"Pul qabımın içərisində şəhidlik vəsiqəsi, şəxsiyyət vəsiqəm və bank kartlarım, əlavə olaraq 300 manatım var idi. Aradan 10 dəqiqə keçməmiş sənədlərimi axtarmaq üçün həmin ünvana qayıtdım. Amma tapa bilmədim. Əraziyə yaxın olan kameralara baxmaq istəsəm də, polisin icazəsi olmadan aça bilmərik dedilər. Ama bir yerdə kamera görüntülərini göstərdilər. Orada uzaqdan maşından düşən şəxsin sənədlərimi götürməyi və getməyi görünür".
Rafiq Cəbrayılovun sözlərinə görə, bu barədə 102 qaynar xəttinə müraciət edib. Əməkdaşlar isə onu Xətai rayonu 38 saylı polis bölməsinə yönləndirib:
"Başıma gələn hadisə ilə əlaqədar polis bölməsində ərizə yazmışam. Amma artıq 1 ay olacaq. Hələ də bununla bağlı bir xəbər verilmir. Əsas odu mənə sənədlərimi qaytarsınlar. Özüm də şəhid atasıyam. Şəhidlik sənədlərinin hamısı orda idi. Onu götürən adam ən azından əlindəkiləri şəhid arasına qaytarmalıdır".
Qeyd edək ki, Xəyal Cəbrayılov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?