Qərb Ermənistanın Aİ lobbisini ifşa etdi: Avropalı deputatlar rüşvəti kimdən alırmış?
Qərb media qurumlarının hazırladığı sənədli filmdə Avropa İttifaqındakı erməni lobbiçilərinin rüşvət müqabilində necə qanunsuz fəaliyyətlər həyata keçirdikləri üzə çıxıb.
Publika.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan "EU Reporter" nəşri sensasion sənədli film yayıb. Film Kanadanın İctimai Yayım orqanı "CBC" ilə birgə hazırlanıb.
Filmdə Aİ-nin Azərbaycana münasibətinin Ermənistanın lobbiçilik fəaliyyətindən təsirləndiyi barədə məlumatlar yer alıb. Lobbiçilik fəaliyyətinin mərkəzində kommersiya əlaqələrinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş almaz qaçaqmalçısı Kaspar Karampetyan dayanır.
Filmdə Aİ üzvlərini Ermənistana tez-tez aparan adın Karampetyan olduğu qeyd olunur: "Avropa İttifaqı qurumları Azərbaycan və Ermənistan arasında güclü sülh və barışıq layihəsi üçün çalışarkən, qitədəki erməni lobbisi bu səyləri baltalayır".
Filmdə 2022-ci ildə rüşvətxorluq və qeyri-qanuni ticarət əlaqələri ilə sarsılan və Avropa Parlamentinin vitse-prezidenti də daxil olmaqla dörd Aİ siyasətçisinin həbsi ilə nəticələnən prosesdə erməni lobbisinin iç üzünün üzə çıxması ilə bağlı məlumatlar da yer alıb.
Sözügedən dövrdə Avropa İttifaqında çətir erməni lobbisi olan "Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası" (EAFJD) və Avropa Parlamentində "erməni dostluq qrupu"nun avropalı siyasətçilərə rüşvət verdikləri üzə çıxıb.
Bunlarla yanaşı bildirilir ki, Karampetyan bir tərəfdən Belçikadakı erməni mafiyasının lideri, digər tərəfdən isə Azərbaycanın işğaldan azad etdiyi Qarabağda separatçı rejimin idarəçilərini qoruyan şəxsdir. Sənədli filmdəki məlumata görə, Karampetyan Ermənistandakı separatçı təşkilatlar üçün də tez-tez ianə toplantıları təşkil edir və silahlı qruplaşmalara milyonlarla dollar gəlir göndərir.
Filmdə Aİ mərkəzli strukturun da hər fürsətdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə qarşı toplantılar keçirdiyi bildirilir.
Filmdə danışan naşirlər, jurnalistlər və tədqiqatçılar da vurğulayırlar ki, sözügedən lobbi Ermənistanın İkinci Qarabağ müharibəsində törətdiyi insanlığa və müharibəyə qarşı cinayətlərin Aİ qarşısında "ört-basdır edilməsində" intensiv fəallıq nümayiş etdirir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr