Bakı zindanındakı Arayik Ermənistandakı qohumlarına hansı mesajı verdi?..

Bakı zindanındakı Arayik Ermənistandakı qohumlarına hansı mesajı verdi?.."Erməni ictimaiyyətinə xatırladırıq ki, adları çəkilən cinayətkar şəxslərin Azərbaycan torpaqlarının 32-33 illik işğalı dövründə nəinki Azərbaycan qanunlarına, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə də zidd fəaliyyətləri nəticəsində on minlərlə insanımız şəhid olub, on minlər şikəst qalıb, əsir və girov düşüb, 1 milyona yaxın vətəndaşımız qaçqın və köçkün həyatı sürüb..."

Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində 32 il ərzində Rusiyanın himayəsi altında fəaliyyət göstərmiş separatçı-terrorçu rejimin keçmiş "prezident"ləri Bako Saakyan, Arayik Arutyunyan, sabiq "dövlət naziri" Ruben Vardanyan və qondarma "özünümüdafiə ordusu"nun keçmiş komandiri Levon Mnatsakanyanın səhhətinin vəziyyəti açıqlanıb.

Moderator.az xəbər verir ki, bu haqda "Joqovurd" qəzeti guya yüksək məlumatlı mənbələrinə istinadla informasiya əldə edib.

Məlumatda deyilir ki, guya "Levon Mnatsakanyanın şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var və həbsxana şəraitində xəstəlik daha da ağırlaşıb. Bako Saakyanın da qan təzyiqi və ürək-damar sistemində ciddi problemləri var. Ruben Vardanyanın ailəsi aprel ayında onun aclıq aksiyası keçirdiyini elan edərək, bütün erməni məhbusların dərhal azad edilməsini tələb edib. Onun da səhhəti aclıq aksiyası və saxlanma şəraitinin pis olması səbəbindən pisləşib".

Erməni nəşrinin yazdığından belə çıxır ki, guya R.Vardanyan apreldən indiyədək aclıq aksiyası keçirir. Bu da inanılmazdır…

"Arayik Arutyunyan isə qohumları ilə söhbəti zamanı açıq şəkildə bildirib ki, onların qayıdışlarından ümidlərini kəsməli və onlarsız yaşamalıdırlar", - Ermənistan qəzeti belə yazır.

P.S. Erməni nəşrinə və ümumiyyətlə, erməni ictimaiyyətinə xatırladırıq ki, adları çəkilən cinayətkar şəxslərin Azərbaycan torpaqlarının 32-33 illik işğalı dövründə nəinki Azərbaycan qanunlarına, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə də zidd fəaliyyətləri nəticəsində on minlərlə insanımız şəhid olub, on minlər şikəst qalıb, itkin və əsir düşüb, 1 milyona yaxın vətəndaşımız qaçqın və köçkün həyatı yaşayıb. Üstəlik, həmin dövr ərzində on minlərlə didərgin həyatı yaşayan insanımız torpaq həsrətinə dözməyərək neçə cür sağalmaz xəstəliklərdən dünyasını dəyişib və yüz minlərimiz hələ də bu işğalın fəsadlarını yaşamaqdayıq…
Bu cinayətkarlar Qarabağdakı ermənilərin özlərinə qarşı da bir sıra cinayətlər törədərək onların həyatının ağırlaşmasına səbəb olublar… Odur ki, bu separatçı-terrorçular xəstə olsalar da belə, Azərbaycan həbsxanasında, özü də normal şəraitdə haqlı cəzalarını çəkirlər…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2011   Tarix: 08 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr