Bu ticarət mərkəzi sökülə bilər: kimlərə pul veriləcək?

Bu ticarət mərkəzi sökülə bilər: kimlərə pul veriləcək?Bir neçə gün əvvəl "8-ci kilometr bazar"ının yaxınlığında yerləşən "Lotos" Ticarət Mərkəzində baş verən yanğın müxtəlif müzakirələrə səbəb oldu. Yanğından sonra həmin ticarət mərkəzinin söküləcəyinə dair məlumat yayıldı. Görəsən, zərərçəkənlərə kompensasiya veriləcəkmi? Mövzunu Globalinfo.az-a şərh edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bu cür ticarət mərkəzlərində yanğınların tez-tez baş verdiyini təəssüflə qeyd edib.

Onun fikrincə, yanğına səbəb təhlükəsizlik qaydalarına tam əməl olunmaması ilə əlaqədardır:

"Çünki baxdıqda görərik ki, ölkədə tanınmış ticarət mərkəzlərində belə hal baş vermir. Deməli, problem yanğın olan yerdədir. Düşünürəm, tələb yüksəlməlidir. Əvvəllər kustar üsulla təşkil olunan ticarət mərkəzləri var idi, hansı ki, yanğına davamı olmayan materiallardan istifadə olunurdu və s. Bunlar yavaş-yavaş aradan qaldırılmalı və şəhərdə olan müasir ticarət mərkəzləri kimi bütün tələblərə cavab verməlidir.

S.Məmmədovun sözlərinə görə, ticarət mərkəzi araşdırmalardan sonra təhlükəsizliyə cavab vermədiyi üçün sökülə də bilər:

"Bununla bağlı hansı qərar qəbul ediləcək, bilmirəm. Zərərçəkənlərin məsələsinə gəldikdə isə ola bilər ki, mülkiyyətçi həmin yeri daşınmaz əmlak kimi sığortalayıb. Belə olan halda o, sığorta şirkətindən kompensasiya alacaq. Amma orada satılan mallar sığortalanmayıb axı. Ümumiyyətlə, Azərbaycanda o malların sığortalanması həyata keçirilə bilmir. Çünki heç bir sığorta şirkəti satış şəbəkələrində olan malları sığortalamır.

Sığorta edə bilmək üçün sığorta şirkətində təminatlar olmalıdır. Sığorta şirkəti anbara daxil olan və çıxarılan malları görməlidir. Bunun üçün ciddi hesabatlılıq olmalıdır. Artıq o zaman onlar bu riski üzərlərinə götürüb, malları sığortalayacaqlar. Bəzən ticarət şəbəkələrində olan malların müəyyən hissəsi gömrükdən yayınaraq gətirilir və ya daxili istehsaldır deyə vergi uçotuna alınmayıb. Ona görə də sığorta şirkəti anbar qalğını görə bilməyəcək, sığorta da etməyəcək. Sığorta olmayanda da təəssüf ki, sahibkarlar ziyana düşmüş olurlar".

Hüquq müdafiəçisi deyib ki, bəzi hallarda dövlət xoş niyyət göstərərək qismən də olsa, zərərçəkənlərə kompensasiya verir:

"Burada yenə də ədalətli kompensasiya vermək olmur. Məsələn, malı az olan deyir ki, filan qədər malım var idi, əksinə, malı çox olan sübut edə bilmir ki, bu qədər malı olub. Ona görə də kim az, kim çox kompensasiya alır, bilinmir. Çox olub ki, dövlət yardım əlini uzadıb. Hətta bu pulu dövlət ödəyəcəksə belə, anbarda olan qalığın həcmini, qiymətini bilməlidir ki, ona uyğun kompensasiya ödəsin. Bir sözlə, burada yeganə yol odur ki, belə ticarət mərkəzlərinin sahibkarlarına tapşırılmalı, vaxt verilməlidir. Lazım gələrsə, müəyyən layihələr də təqdim edilməlidir ki, onlar müasir standartlara, təhlükəsizlik qaydalarına cavab verən ticaret mərkəzləri tikə bilsinlər. Belə olan halda bu cür hadisələrin sayı da azalacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 931   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr