Rusiyadan Ermənistana gözdağı - Qarabağla bağlı SENSASİON PLAN

Rusiyadan Ermənistana gözdağı - Qarabağla bağlı SENSASİON PLAN"Sergey Şoyqu və İlham Əliyev arasında müzakirə mövzularından biri, ehtimal ki, Rusiya biznesinin Dağlıq Qarabağ və ətraf rayonlarda ərazilərin bərpasında iştirakı olub". "Yeni Müsavat" xəbər verir ki, bu barədə Rusiyanın "Vedemosti" nəşri yazıb.

Yada salaq ki, bu ilin yanvarın 22-də imzalanan "2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi" Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdirilməsinə əlverişli zəmin yaradır.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin reallaşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər. Həkim tap

Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Ermənistan cəmiyyətinin əsas revanşist kəsimi Qarabağda tikinti-quruculuq işlərində iştirak edən dövlətlərə qarşı dərhal "müharibə" elan edirlər. Son olaraq Belarus liderinə Qarabağda quruculuq işlərinə qoşulmaq istəklərini bəyan etdikdən sonra Paşinyan səviyyəsində hücumlar edildi. Əlbəttə, İrəvan hakimiyyəti Putinə bu cür hücuma cəsarət edə bilməz. Amma şübhə yoxdur ki, Rusiya şirkətləri Qarabağda "qollarını çırmalayan" kimi, ermənilər də "tumanlarını başlarına atacaqlar". Mümkündür ki, Rusiya da İrəvandakı anti-Rusiya əhvallı ermənilərin "kefinə belə soğan doğramaq" istəyir...

Deputat Fəzail Ağamalı öncəliklə şimal qonşumuzla Azərbaycanın olan üstün münasibətlərinin vacibliyinə toxundu: "Rusiyanın üç Qafqaz ölkəsi içərisində ən yüksək münasibətlər saxladığı dövlət Azərbaycandır. Bu münasibətlərin indiki səviyyəyə qalxmasında heç şübhəsiz ki, həlledici rol oynayan cənab Prezident İlham Əliyevdir. İlham Əliyevin unikal, ölçülüb-biçilmiş, çoxvektorlu xarici siyasəti dövlət və dövlətçilik maraqlarına indiki zaman kəsiyində cavab verən ciddi şərtdir. Rusiyanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Rusiya 44 günlük Vətən müharibəsində, eyni zamanda 2023-cü ilin antiterror əməliyyatında Xankəndi və onun ətrafında separatçı xunta rejiminin ləğv edilməsində bitərəf qalması, 90-cı illərin Yeltsin Rusiyasından fərqli olaraq Ermənistana hərtərəfli yardım etməməsi bizə imkan verdi ki, ermənilərlə haqq-hesabımızı təkbətək çürüdək. Azərbaycanın bütün parametrlər üzrə Ermənistandan hərbi üstünlüyü nəticəni müəyyənləşdirdi. Rusiya ilə o zamandan başlayan yüksək səviyyəli münasibətlərin müəllifi İlham Əliyevdir. Bu birmənalıdır. Deyərdim ki, bu, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında çox mühüm bir faktor oldu. Bəzi ağzıgöyçəklər hadisələrin gedişini və mahiyyətini obyektiv qiymətləndirməyi ya bacarmır, ya da qərəzli formada qəsdən bunu istəmirdilər və Rusiyanın buradakı sülhməramlı qüvvələrinin əbədi və daimi qalacağı haqqında fantaziyalar uydururdular. Lakin məsələlərə obyektiv yanaşan, İlham Əliyevi yaxşı tanıyan, onun xarakterini, aparmış olduğu siyasətin mahiyyətini yaxşı anlayan hər kəs bilirdi ki, bu müvəqqəti haldır, oradakı separatçı rejim ləğv edildikdən sonra ruslar orada qalmayacaqlar. Belə də oldu. Bu da Rusiya-Azərbaycan münasibətlərinin bir nümunəsi idi. Təbii ki, Rusiya ilə Azərbaycan arasında həm də iqtisadi münasibətlər ənənəvi xarakter daşıyır. Müəyyən çətinliklərə baxmayaraq, Azərbaycanla şimal qonşusu arasındakı iqtisadi münasibətlər demək olar ki, yüksələn xətlə inkişaf edir. Bəzi hallarda problemlər yaşansa da, bu əlaqələr kəsilməyib. Azərbaycan üçün Rusiya bazarı son dərəcə önəmlidir. Bu hər kəsə bəllidir. İndi Rusiyanın Azərbaycana investisiya qoyuluşunu daha da artırması, fəaliyyət göstərən şirkətlərin sayının artması iqtisadiyyatımızın inkişafına ancaq töhfələr verir. Müstəqilliyimizə, iqtisadi müstəqilliyimizə isə heç bir təhlükə yaratmır. İndi verilən məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda Rusiya şirkətlərinin bərpa və quruculuq işlərindəki iştirakları təbii ki, müsbət qarşılanmalıdır. Bu, Azərbaycan-Rusiya münasibətlərinin bugünkü üstün səviyyəsini ifadə etməklə yanaşı, həm də bundan sonrakı münasibətlərdə öz üstün töhfələrini verəcəkdir. Ölkələrimiz arasındakı iqtisadi bağlılıq son dərəcə vacibdir. Rusiya çox böyük bazardır. Bu gün Rusiya Ukraynada Qərblə döyüşüb, ciddi çətinliklər qarşısında qalsa da, bu ölkə nəhəngliyini itirməyib. Təbii ki, Rusiyanın Ukraynaya hücumunu heç vaxt təqdir hesab etməmişəm. Bu gün Rusiya Azərbaycanla sağlam iqtisadi münasibətlər içərisində yer alırsa, bu ancaq dövlətimizin və millətimizin xeyrinə ola bilər. Təbii ki, Kremlin bu gün Ermənistanla yaşadığı əsəbi və gərgin münasibətlərdən fərqli olaraq, Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə getməsi, bunun iki dövlətin də maraqlarına uyğun olması, Qarabağ və Şərqi Zəngəzurda rus şirkətlərinin işləmək istəklərinə şərait yaradılması qətiyyən şübhə etmirəm ki, Ermənistan cəmiyyətini və hakimiyyətini kifayət qədər qıcıqlandırır. Onlar bundan ciddi narahatlıqlar keçirəcəklər. Bu, əlbəttə, Ermənistanın tutduğu yoldur və bu yol Ermənistanı ciddi fəlakətə aparır. Bizim seçimimiz ayrı-ayrı dövlətlərlə yüksək münasibətlər qurmaqdır, onların dost ölkə kimi Azərbaycanın yanında yer almasını vacib hesab edirik. Ölkə rəhbərinin xarici siyasəti də məhz bu müstəvi üzərində qurulub. Heç şübhəsiz ki, bundan sonra da bu siyasət ölkəmizə yeni-yeni uğurlar gətirəcək".

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli diqqətə çatdırdı ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun ölkəmizə işgüzar səfəri çərçivəsində müzakirə edilən məsələlərin əhatə dairəsi ilə bağlı rəsmi məlumatlarda, mahiyyət etibarilə bütün istiqamətlər öz əksini tapıb: "Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul etdiyi zaman Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğulayıb. Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafını, qarşılıqlı investisiyaları təşviq edən və əməkdaşlığın genişlənməsi üçün hüquqi baza formalaşdıran çoxsaylı sənədlər imzalanıb. Şübhəsiz ki, iki ölkə arasında 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Azərbaycan-Rusiya münasibətlərini qarşılıqlı faydalı əməkdaşlığın ən üst səviyyəsinə yüksəldib. Sözügedən bəyannamənin 24-cü maddəsində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər. İqtibas gətirdiyim maddədən də göründüyü kimi, Azərbaycanla Rusiya digər istiqamətlərlə yanaşı, qarşılıqlı sərmayələrlə bağlı münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduqlarını bəyan ediblər. Bu baxımdan, Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmələrində, bütövlükdə ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə yatırmalarında qeyri-adi heç nə yoxdur. Əgər həqiqətən də Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq-bərpa işlərində iştirakı barədə müzakirələr aparılıbsa, bu, tamamilə təbii qəbul olunmalıdır və hər hansı bir üçüncü tərəfin bu kimi məsələlərdən əndişələnməsi tamamilə yersizdir. Məlum olduğu kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib və bununla bağlı, hətta Avropa İttifaqı platformasında qəbul edilən rəsmi bəyanatı imzalayıb. Digər tərəfdən, Azərbaycanın azad edilmiş əraziləri, hətta işğal dövründə belə beynəlxalq səviyyədə Azərbaycan Respublikasının suveren əraziləri kimi tanınıb. Əgər Rusiya şirkətləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin hər hansı bir hissəsində, o cümlədən Qarabağ və Şərqi Zəngəzur rayonunda həyata keçirilən quruculuq-bərpa işlərində iştirak edəcəklərsə, düşünürəm ki, belə bir ehtimal çoxdur, o zaman bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunmalıdır. Əslində bu gün ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən narahatlıq keçirən və təxribatçı davranışlarından əl çəkməyən ölkələr, beynəlxalq hüquqa, humanizm və ədalət prinsiplərinə azacıq dəyər versəydilər, o zaman vandal Ermənistana deyil, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edən ölkələrin fəaliyyətlərini təqdir etməliydilər. Təbii ki, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində təbii sərvətlərimizin qanunsuz olaraq, istismarında iştirak edən, beynəlxalq iqtisadi cinayətlər törədən şirkətlərin mənsub olduqları ölkələrdən ədalətli və ləyaqətli davranış gözləmək mümkün deyil.

Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində quruculuq-bərpa işlərində iştirak edəcəkləri təqdirdə "ermənilərin tumanlarını başlarına çəkəcəkləri" ehtimalına gəldikdə isə, düşünürəm ki, bundan narahat olmağa dəyməz. Çünki onların "tumanları hər zaman başlarında olub". Bu baxımdan yeni bir hadisə baş verməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 580   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə

2 aprel
.

Müştəriyə təslim edəcəyi şirniyyatı qapının önündə açıb yaladı- VİDEO

İstanbulda baş verən qalmaqallı hadisə həm gigiyena, həm də istehlakçı təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurub. türk mediasına istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən bir kuryer sifariş edilən şirniyyatı çatdırmazdan əvvəl binanın girişində açaraq yalayıb. Hadisə anbaan müştərini

31 mart
.

Tanınmış baş həkim qastroenteroloq yox, pediatr imiş... - Ciddi nöqsanlar aşkarlandı

Yasamal rayonu ərazisində yerləşən "Doktor Davud" klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixstisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub. Belə ki, Davud Qüdrətov ixtisasc

31 mart
.

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb

1 aprel
.

Cabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? - VİDEO

Ötən ilin sentyabr ayında vəfat edən əməkdar artist Cabir İmanovun məzar daşının hələ də qoyulmadığı müşahidə olunub. xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bu məsələ ilə bağlı izləyicilər arasında müzakirələr yaradıb. Qeyd olunur ki, C. İmanov 1992-2001-ci illərdə "Parni iz Baku"

31 mart
.

Onlar da müəllim işləyə biləcək - Siyahı

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb

1 aprel
.

"Universitetlərin regionlara köçürülməsi paytaxta yönəlmiş miqrasiyanın qarşısını ala bilər" - AÇIQLAMA

Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması məsələsi artıq rəsmi sənədlərdə öz əksini tapıb. xəbər verir ki, layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş illər üzrə konkret tədbirlər həyata keçiriləcək. Bəs görəsən rayonları

31 mart
.

Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək

"Elektron Məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində sistemin yeni versiyası istifadəyə verilib. "Report" xəbər verir ki, sistemdə edilən yeniliklərin izah olunması və yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən onlayn təlimlə

31 mart
.

Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı (VİDEO)

Bakının Xətai rayonunda 1200 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb. Qaynarinfo xəbər verir ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiklər

1 aprel