"Uşaqlarınızı əldə etdiyi nəticəyə görə heç vaxt mükafatlandırmayın" - TÖVSİYƏ
Uşaqlar ailənin güzgüsüdür ifadəsi əbəs yerə işlədilməyib. Uşaqların tərbiyə edilməsində və gələcəkdə sağlam bir fərd kimi yetişməsində valideynlərin rolu böyükdür.
Bəs valideynlər övladlarını tərbiyə edən zaman hansı nüanslara diqqət göstərməlidir?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirdi ki, uşaqlar danışıqdan daha çox davranışlardan öyrənirlər:
"Valideynlərin dostları ilə münasibətləri, geyim və danışıq tərzi, xoşbəxtliyini və kədərini göstərmə üslubu uşaqların tərbiyəsində mühüm rol oynayır. Uşağımızı yaxşı tanımalı və fərqli təcrübələr yaşaması üçün ona azadlıq verməliyik. Ona yaxşını və pisi ayırd etməsi üçün kömək etməliyik. Valideyn olaraq övladımıza etdiyimiz kömək məcburi, darıxdırıcı və ya bezdirici olmamalıdır. Uşaqlara problemlərini özlərinin həll etməsi üçün imkan yaradılmalıdır, lakin onlar hər zaman valideynlərinin dəstəyini hiss etməlidirlər".
Psixoloq qeyd etdi ki, uşaqlar əldə etdikləri nəticələrə görə, heç vaxt mükafatlandırılmamalı və cəzalandırılmamalıdır:
"Sadəcə onun problemləri həll etməsi üçün doğru yolu tapmasına kömək etmək lazımdır. Tərif deyərkən də xüsusilə diqqətli olmalıyıq, çünki bir uşağı çox tərifləmək onda arxayınlıq yaradacaq. Bu da onun daima özündən əmin olmasına və tənbəlləşməsinə səbəb olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Keçmiş nazirin oğluna vəzifə verildi