"Qarnın deşilsin. Niyə mənim hesabıma pul qazanırsan?"

"Qarnın deşilsin. Niyə mənim hesabıma pul qazanırsan?""Bizi kənardan gələn artistlər ikinci növbədə düşündürməlidir. Əsas öz artistlərimizdir. Telekanallar deyir ki, biz konserti versək də, baxmayacaqlar. Hardan bilirsən? Bir dəfə cəhd elə. Mədəniyyət kanalı da köhnə yazıları verir. Mən yenilərdən danışıram, onlar köhnədir. İnsanlar yeni əsər dinləmək istəyir. Bu xalq niyə 30 il bundan əvvəl baxırdı? Konsert maraqlı olsa, baxacaqlar. Baxmaması hələ o konserti qapamaq səbəbi deyil".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev "Otaq 9" layihəsində deyib. O, telekanalları tənqid edib:

"Çünki televiziyanın pul qazanmaqdan başqa, birinci işi xalqın mədəni zövqünü ödəmək, yeni gələn nəsli formalaşdırmaqdır. Bunu da sən o reklamlarla edə bilməzsən. Pul qazanıram. Nənəm demiş, qarnın deşilsin. Sən niyə mənim hesabıma pul qazanırsan? Mənim vaxtımın hesabına pul qazanırsan, hələ üzümə də vurursan ki, reklam olmalıdır ki, pul qazanmalıyam, reytinqim var. Bu, mədəniyyətdən kənar düşüncədir ki, mənim reytinqim var. Sənin reytinqinə... onlayn aptek

Tamaşaçı reytinq bilmir, deyirlər ki, baxmırıq televizora. Baxmırlar da. Baxmağa bir şey yoxdur, düz deyir. Reklam var, pul var. Bu pulu qazanmağın başqa yolu yoxdur? Dövlətin reklam agentliyi var, oradan pul alırlar. Reklam bir yerə gedir, oradan da reytinqə əsasən də bölünür. Deyirlər ki, xarici ölkələrdə, dünyada belədir. Türkiyə, ərəb ölkələrində də bu yoxdur. Onlar da reytinqlə əlləşirlər. Ona görə də bəstəkarları, heç rəssamları da yoxdur. İstəyirsiniz ki, Azərbaycan da Dubay kimi olsun? Dubay əmiri deyir ki, mən nə edirəm operanı, zəng vuruam başqa bir ölkədən gəlib burada göstərirlər. Niyə pul verib burada opera teatrı yaradım. O, elə hesab edir, birz də elə edək də onda? Deməli o zaman Azərbaycanda nə opera olacaq, nə də opera yazan. Necə ki, müsalman ölkələrinin nə yazanı, nə baxanı var. Amma deyirik ki, altımızda "Mercedes"lər var. Deyirlər ki, biz inkişaf edirik. Cibimizdə "İPhone"lər var, amma operamız yoxdur, istəmirik. Buna doğru gedirik. Belə düşünəndə sevirinirəm ki, nə yaşı mən həyatımı yaşadım. Belə düşüncələrdə gənc olsaydım, gələcək həyatım mənim üçün faciə olardı, asıb öldürərdim özümü".

Sənətkar hazırda 40-a yaxın hazır mahnısının olduğunu, lakin telekanalların və ya radioların bununla maraqlanmadığını bildirib:

"Hazırda evdə 30-40-a yaxın hazır mahnım var, oxunmuş. Kimsə maraqlanmır. Keçmişdə belə şey olardı? Mürəkkəb qurumamış apardılar ki, efirə getsin. Müğənni gəlib oxuyub hazırdır, maraqlanan yoxdur, istəmirlər. Bu, bilirsiniz nəyə bənzəyir. Biri evi yandırır, sonra yanğınsöndürənləri çağırır ki, ev niyə yandı? Özü yandırıb".//Axşam.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 862   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr