Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı (VİDEO)
Sosial şəbəkərlərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında insident baş verməsi ilə bağlı görüntülər paylaşılıb.
Qaynarinfo-nun məlumatına görə, iddia edilir ki, insident Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasovla, xəstəxanaya pasiyent kimi gələn Əlicavad Gənciyev arasında baş verib.
Görüntülərdə şöbə müdiri Ülvi Abbasovun pasiyentə hücum edərək yumruq atması əks olunub. İddia edilir ki, ixtisasca nevroloq həkimin atdığı yumruq pasiyentə, vurduğu təpik isə yanında olan 5 yaşlı azyaşlıya dəyib.
Məsələ ilə bağlı, DİN -in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki,Vətəndaş Əlicavad Gənciyev avqustun 8-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. Hazırda həmin müraciət əsasında təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında daha əvvəl də direktorla işdən çıxarılan işçi arasında dava baş verməsi ilə bağlı məlumat yaymışdıq. Belə ki, xəstəxananın direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün dava salmışdı.
[/youtube]
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 924 Tarix: 10 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabr