"Sentyabrın 5-də Bakı SİLKƏLƏNƏCƏK" – SENSASİON AÇIQLAMALAR

"Sentyabrın 5-də Bakı SİLKƏLƏNƏCƏK" – SENSASİON AÇIQLAMALARXəbər verildiyi kimi, sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan – İsveç qarşılaşması baş tutacaq.

UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri artıq satışa çıxarılıb. Bəs sentyabrın 5-də baş tutacaq qarşılaşmadan nə gözləyək? Sualımıza cavab tapmaq məqsədilə tanınmış futbol şərhçisi Ceyhun Rzayevə müraciət etdik. Şərhçi Musavat.com-a açıqlamasında İsveçin favorit olduğunu bildirdi: "Lakin kağız üzərində. Amma biz doğma meydanda oynayırıq. Doğma meydanda oynayırıqsa, ən azı heç-heçə etməliyik. Qalib gəlsək, daha yaxşı olar. Portuqaliyalı mütəxəssis Fernandu Santuş milli komandaya yeni baş məşqçi təyin olunub. Onun millinin sükanı arxasında ilk oyunu olacaq. Məndə olan məlumata görə, Santuş "Qarabağ"ın istər UEFA Çempionlar Liqasında oyununa baxıb, istərsə də çempionatda "Kəpəz"ə qarşı oyunda stadionda olub.

"Qarabağ", onun oyun modeli, meydanda göstərdiyi futbol sistemi haqda çox yüksək fikirdədir. Ətrafına elə deyib. Ona görə böyük ehtimalla çalışacaq ki, millinin əsas heyətinin özəyini "Qarabağ"lı futbolçulardan qursun. Necə bir heyət quracağı mənə də maraqlıdır. Əvvəlki baş məşqçilərin istifadə etdiyi futbolçulara güvənəcək, yoxsa millidə yeni simanı görə biləcəyikmi? Gənclərə etimad göstərəcəkmi? Məsələn, "Sabah"ın 20 yaşlı futbolçusu Xəyal Əliyev bu mövsüm çox yaxşı oynayır - istər avrokubok oyunları, istər milli çempionat baxımından. Xəyalı milliyə cəlb edəcəkmi? Maraqla gözləyirik.

Ümid edirəm, məğlub olmayacağıq. Məğlubiyyət çox pis nəticədir. Çünki doğma meydanda, öz azarkeşlərimizin qarşısında oynayacağıq. Uduzmamalıyıq, uduzsaq, bu, çox zəif nəticə hesab olunacaq. Amma heç-heçə qənaətbəxş nəticə olacaq. Nəzərə alsaq ki, İsveç komandası yüksək səviyyəli bir komandadır. Qalib gəlsək, çox gözəl nəticə olar. Üstünlüyü o olacaq ki, milli komandaya inam yaranacaq, yeni mərhələyə başlayırıq. Digər üstünlük - 3 xalla başlayacağıq".

Qeyd edək ki, Azərbaycan – İsveç oyununun biletlərinin qiyməti sektorlara görə 3, 5 və 10 manat təşkil edir. VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.

Biletlərin cibə uyğun təşkil olunması tribunalara azarkeş axınını təşkil edir. Belə olan halda millimizə yüksək dəstək qaçılmazdır. Bir sözlə, yüksək ruh üçün stimul olacaq.

Ceyhun Rzayev qeyd etdi ki, azarkeşin çox olması həmişə oyunçulara əlavə ruh yüksəkliyi verir:

"Doğma meydanda oynayan bir komanda üçün azarkeş dəstəyi çox böyük üstünlükdür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1145   Tarix: 13 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr