Şirkətlər "Access Bank"dan 12 mln. manatdan çox depoziti geri çəkib
Əhali 2024-cü ilin ilk yarısında "Access Bank"dan 9,9 milyon manat, şirkətlər isə 12,28 milyon manat depoziti geri çəkib.
"Yeni Sabah" bu barədə bankın hesabatına istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,46 milyon manat olduğu halda, ilin ilk yarısında bu rəqəm 832,89 milyon manata kimi azalıb. turbo az mercedes
Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 196,82 milyon manata enib. Başqa sözlə, bank bu ilin ilk 6 ayında fiziki şəxslər üzrə depozit portfelinin 1,2%-ni, hüquqi şəxslər üzrə portfelin 6,2%-ni itirib.
Ümumilikdə isə "Access Bank"ın əmanət portfeli bu il 21,85 milyon manat azalıb.
Bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,1% azalaraq 1 milyard 51,5 milyon manatdan 1 mlrd. 29,7 milyon manata enib.
Depozit portfelinin azalmasına baxmayaraq bank kredit təşkilatları və maliyyə institutları qarşısında öhədliklərini 144,2 milyon manatdan 197,5 milyon manata kimi artırması onun cəmi öhdəliklərini də artırıb. Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 478,7 milyon manata, öhdəlikləri 1 milyard 313 milyon manata yüksəlib.
Bankın 115,7 milyon manat bölüşdürülməmiş zərəri isə onun cəmi kapitalını 164,9 milyon manat manata endirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 926 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr