Azərbaycanda meşədə qız üstündə kütləvi dava: 26 yaşlı oğlan qətlə yetirildi — ŞOK TƏFƏRRÜAT

Azərbaycanda meşədə qız üstündə kütləvi dava: 26 yaşlı oğlan qətlə yetirildi — ŞOK TƏFƏRRÜATMasallı rayonunda 2000-ci il təvəllüdlü Höccət Soltanov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1998-ci il təvəllüdlü Elməddin Kərimovu qətlə yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Höccət 18 sentyabr 2023-cü ildə, saat 17 radələrində dostu Fuadın xahişinə əsasən sonuncu ilə həmin gün Masallı şəhər sakini Elməddin arasında baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün Hüseynhacılı kəndinə gedən avtomobil yolunun sol tərəfində yerləşən meşə sahəsinə gəlib.

Orada Elməddin Fuadın Masallı şəhərində ictimai yerdə qızla qucaqlaşmasının düzgün olmadığını bildirib və Fuaddan ondan üzür istəməsini tələb edib. Fuad bundan imtina etdikdə aralarında yaranmış sözlü mübahisə zamanı Fuad oradan uzaqlaşıb. Elməddin Kərimov bundan əsəbiləşərək onun ünvanına xoşagəlməz sözlər işlədib.

Bu zaman Höccət Elməddindən dostunun hərəkətlərinə görə üzr istəyərək söyüş söyməməsini deyib. Elməddin Kərimov onun da ünvanına nalayiq ifadələr işlədərək yumruq və təpik zərbələri ilə onu vurub.

Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Höccət qisas almaq niyyəti ilə Elməddin Kərimovu qəsdən öldürmək qərarına gəlib. O, üzərində olan soyuq silah hesab edilməyən bıçağı çıxardıb və onun sol döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Elməddin Kərimov aldığı xəsarətdən vəfat edib.

Hadisəni törədən Höccət Soltanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Höccət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 18 sentyabr 2023-cü il tarixdə, günortadan sonra, saat təxminən 16 radələrində yaşadığı Qızılağac kəndində olarkən dostu Nurlan ona zəng vurub və digər dostu Fuadın söhbəti olduğunu deyib: "Buna görə də Masallı şəhərinə getdim. Orada onun Elməddin Kərimovla mübahisə etdiyini gördüm. Həmin vaxt mübahisə edən şəxslərdən biri sakit bir yerə gedərək orada söhbət etməyi təklif etdi. Hamı da razılaşdı. Bundan sonra hamı maşınlara mindi və Qızılhacılı meşəsinə getdik. Həmin vaxt maşında üç nəfər olmuşuq. Meşəyə birinci çatıb Elməddingili gözlədik. Az sonra Elməddin və yanında olan iki nəfər avtomobillə həmin yerə gəldilər. Mən Elməddini tanımamışam, birinci dəfə olar ki görmüşəm. Meşə ərazisində dostum Fuadla Elməddin söhbət etməyə başladılar. Lakin mən Elməddin və Fuadın bir-birilərini başa düşmədiklərini, sözlərinin çəp gəldiyini gördüm, Elməddinə yaxınlaşaraq dostum Fuadın əvəzinə ondan üzr istədiyimi dedim. Bunu Elməddinin yanında olan şəxslər də görüblər. Lakin Elməddin mənim üzrümü qəbul etmədi, dostum Fuadın ünvanına nalayiq söyüş söydü. Bundan sonra yenə onların arasında mübahisə başladı. Həmin vaxt Elməddinin yanında olan şəxslərdən biri bıçaq çıxardı. Mən də bunu gördüyümdən qışqıraraq Fuaddan qaçmasını istədim. Buna görə də Fuad həmin yerdən qaçdı. Mən də Elməddin və yanındakı olan şəxslər tərəfindən döyülməməyim üçün qaçmağa başladım. Bu zaman kimsə məni vuraraq yerə yıxdı, məni döyməyə başladılar. Həmin vaxt özümdə olmadığımdan cibimdə olan bıçağı çıxardım və sağa-sola fırladaraq özümü müdafiə etmək istədim. Həmin vaxt kimisə bıçaqlamaq istəməmişəm. Belə bir niyyətim də olmayıb. Elməddini təsadüfən bıçaqla vurmuşam. Əgər Elməddini vurmaq istəsəydim onunla söhbət edərkən vurardım, ondan üzr istəməzdim".

Təqsirləndirilən şəxs bildirib ki, Fuadı dostu Nurlanın vasitəsi ilə tanıyıb, onunla münasibəti yaxşı olub: "Fuadın söhbəti olması barədə Nurlan mənə zəng edərək deyib. Bu barədə Fuad mənə deməyib. Nurlan zəng edərək Fuadın söhbəti düşdüyünü, qız söhbəti olduğunu, Fuadın tək olduğunu dedi, gedərək aydınlıq gətirməyimizi bildirdi. Mən də həmin yerə gedərək Fuadı gətirmək, mehribançılıq yaratmaq istəmişəm. Həmin yerə gedərkən üzərimdə bıçaq olub. Bıçaq da həmişə mənim cibində olub. Həmin yerə Qızılağac kəndindən Nurlan və taksi sürücüsü ilə getmişəm. Masallının çıxacağına, köhnə bazar tərəfə Fuadın yanına getmişik, orada Elməddinlə Fuadın mübahisə etdiyini, Elməddin tərəfdən iki nəfərin də olduğunu gördüm. Həmin vaxt mehribançılıq yarada bilmədim. Təkə-tək başqa yerdə söhbətə getməyi təklif etdik. Mən Nurlan və Fuad həmin yerə gəldiyimiz taksiyə əyləşdik, bizim önümüzdə isə Elməddin dostları ilə bir maşına minərək getdik. Meşəyə çatdıqda Nurlan və Fuad maşından düşdük. Sürücü isə getdi".

Höccət qeyd edib ki, bir qədər sonra Fuad tərəfdən 3-4 nəfər də adam həmin yerə gəlib: "Mən həmin adamları tanımamışam. Az sonra Elməddini və digər şəxsi də bir maşın gətirərək ora düşürdü. Həmin maşın geri qayıdaraq 3-4 nəfər adamı yenidən həmin meşəyə gətirdi. Meşədə toplaşdıqdan sonra Fuad və Elməddin söhbətə başladı. Başa düşdüm ki, mübahisə qıza görə baş verib. Fuad Elməddingilin məhləsindən keçərkən əlini yanında olan qızın çiyninə qoyub, Elməddin ona irad bildirib, buna görə də mübahisə yaranıb. Söhbət əsnasında Elməddin Fuaddan tələb edib ki, başını aşağı əysin, onun başına pis hərəkət etsin, buna görə də araya girib Fuadın yerinə Elməddindən üzr istədim. Lakin mənim sözümə Elməddin qulaq asmadı. Həmin vaxt Elməddin tərəfdən kimsə əlində bıçaq Fuadın üzərinə gəldi. Mən qışqırdığımdan Fuad qaçdı. Hamı da Fuadın dalınca qaçdı. Mən də Fuadın dalınca qaçarkən yola çatan vaxt kimsə məni tutaraq yerə yıxdı, məni döyməyə başladılar. Mən də özümü qorumaq məqsədi ilə cibimdə olan bıçağı çıxararaq sağa-sola fırlatdım. Məqsədim isə məni döyən şəxslərin çəkilməsini təmin etmək olub. Məni yıxarkən və döyərkən bədənim üzərində də xəsarətlər olub. Fuaddan başqa Elməddin kimləsə söhbət etməyib, hər hansı şəxslə mübahisə, dava olmayıb. Bıçaq çıxararkən məqsədim özümü müdafiə etmək olub. Elməddinin əlində həmin vaxt beşbarmaq olub. Həmçinin orda olan şəxslər məni vurublar. Lakin məni beşbarmaqla vuran olmayıb. Elməddini vurduğum bıçağı hara atmağım yadımda deyil. Həmin yerdən Qızılağac kəndinə qayıtmışam. Məni kənddən polis əməkdaşları Masallı Rayon Polis Şöbəsinə gətiriblər. Həmin vaxt üzərimdə bıçaq olmayıb. Bıçağı sonradan dostum Nurlan polisə təqdim etdi. Hadisə yerində bıçaq əlimdən yerə düşən vaxt Nurlan bıçağı götürərək saxlayıb. Elməddin bıçaqlandıqdan sonra onu xəstəxanaya aparmaq istəyən maşının daşlanmasından xəbərim olmayıb. Belə bir halın olmasını eşitməmişəm. Həmin ərazidən getdikdən sonra yadımda heç nə qalmayıb".

Təqsirləndirilən şəxs deyib ki, Fuadın yanında olan qızı tanımayıb. Onun sözlərinə görə, həmin vaxt 3-4 nəfər onu döyüb: "Elməddinə ikinci bıçağı vurmamışam. Belə niyyətim də olmayıb. Bu hadisənin baş verdiyinə görə əməlimdən peşmanam. Həmin mübahisədə iştirak edənlər hirsli olduqlarından sakit bir yerə - meşəyə getməyə qərara almışıq. Fuad tərəfdən adamları ora kimin çağırmasından məlumatım olmayıb. Lakin mən heç kimə zəng edərək hadisə yerinə çağırmamışam. Elməddini ümumiyyətlə tanımamışam".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Höccət Soltanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1504   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust