Neftçala sakinlərinin kabusuna çevrilən "Dinamik Ocean": Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Neftçala sakinlərinin kabusuna çevrilən "Dinamik Ocean": Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?Haqqında saysız-hesabsız şikayətlər olan "Dinamik Ocean" şirkəti Neftçala sakinlərinin yaxalarını qurtara bilmədikləri kabusuna çevrilib.

Yenicag.az xəbər verir ki, sözügedən şirkət vətəndaşların çətin durumundan istifadə edib onları aldadaraq müqavilə bağlayıb, sonra isə öhdəliklərinin heç birini yerinə yetirməyib.

Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlara baxdıqda "tək adamlıq" "Dinamik Ocean" şirkətinin qanuni təmsilçisinin Abdullayev Tərlan Tahir oğlu olduğu anlaşılır. Maraqlısı isə budur ki, sakinlərə verilən qəbzlərdə qeyd edilən 050-272-66-33 "qaynar xətt"inə müraciət etdikdə dəstəyi qaldıran "operator" da şirkətin qanuni təmsilçisi olan Tərlan Abdullayevdir.

İnsanların şikayətlərini cavabsız qoyan Tərlan Abdullayev bununla da yetinməyərək vətəndaşları təhqir edir, şəxsiyyətlərini alçaldır. "Day-dayı"lı orta-statistik "işbaz" olduğu anlaşılan Tərlan Abdullayev arxasında dayanan şəxslərə güvənərək daha da irəli gedir, vətəndaşları şantaj və təhdid edir.

Neftçala sakinlərinin sözlərinə görə, onları aldadaraq quraşdırdıqları su təmizləmə qurğuları heç bir işə yarmır, əksinə, suyun keyfiyyətini daha da aşağı salır. Bununla yanaşı, aparat insanlara daha baha qiymətə satılıb. Şirkətin "qaynar xətt"inə zəng edərək bütün bunları dilə gətirən vətəndaşlar isə təhqir, təhdid və şantajla qarşılaşırlar.

Tərlan Abdullayev özünə və ya arxasında duran şəxslərə o qədər güvənir ki, hətta ölkənin məhkəmə və hüquq mühafizə orqanlarını barmağında oynatdığını da gizlətmir. Məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etmək istəyən vətəndaşların önünü kəsərək bu işdən onların zərərli çıxacağı, məhkəmənin şirkətin lehinə qərar verəcəyi, hətta məhkəmə xərclərini də şikayətçinin boynuna qoyacağı ilə bağlı təhdidlər səsləndirir.

Dəfələrlə mətbuatda adı gedən, saysız şikayətlərin obyekti olan "Dinamik Ocean" şirkəti hər şeyə qulaqlarını qapayaraq yenə də öz dələduzluq əməlləri ilə məşğuldur. Şirkət nümayəndəsinin vətəndaşlara söylədiklərindən belə anlaşılır ki, Neftçala, Slayan və Yardımlı bölgələrində onlara "at oynatmağa" xüsusi icazə verilib. Hər halda, vətəndaşlar pozulan istehlakçı hüquqlarının bərpası və şirkətin qanunsuz əməllərinin ifşası üçün artıq gərəkli tədbirləri alacaqlarını bildirirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 790   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr