Qaradağın icra başçısı "Kral" sahibini kral elan edib – VİDEO
Paytaxtın Qaradağ rayonunda "Kral" şadlıq sarayının sahibi əhalinin gündəlik istifadə etdiyi əsas yolu zəbt edib. Tribunainfo.az-ın verdiyi məlumata görə, yerli icra hakimiyyəti yolun obyekt rəhbəri tərəfindən "işğal" edilməsinə göz yumur. Halbuki Qaradağ rayon icra başçısı Süleyman Mikayılov daşı daş üstünə qoymaq üçün pulsuz sərəncam vermir. İndi "Kral" sahibi özünü kral kimi apararaq yolu tutub və görünür ki, bu qanunsuz hərəkətə yol vermək üçün icra başçısından razılıq alıb. Sakinlərin sözlərinə görə, Qaradağ rayon İcra Hakimiyyəti və başqa qurumlar məlumatlandırılıb, amma addım atılmır. Yolsuz qalan sakinlər problemin həlli üçün artıq kimə müraciət etməli olduqlarını bilmirlər. Narazı sakinlər bildirirlər ki, başda Qaradağ İH olmaqla, heç bir dövlət qurumu onların şikayətinə baxmır.
"Nə problem olur gərək prezidentə müraciət edək. Su, qaz, işıq, yol… Yenə də prezidentə müraciət etməli oluruq. Belə iş olar? Bəs, bu məmurlar nə işə yarayır? Bu dövlət qurumlarında, icra hakimiyyətində bir insaflı, işini bilən, prezidentin əmrlərinə tabe olan bir məmur varsa, gəlsin çıxsın ortaya. Bu qədər insanın yolunu bağlayan bir iş adamına heç kəs bata bilmir. Biri gəlib bu yol kəsən "Kral" şadlıq sarayının sahibinin sənədlərini araşdırsın. "Kral" şadlıq sarayının Səfa adlı sahibi vətəndaşların ümumi istifadəsində olan yolu bağlayıb. Heç kəs də vecinə deyil bu adamın. Deyir, sənədim var. Kim verib bu adama bu sənədi?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6292 Tarix: 19 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr