Uşaq dünyaya gətirmək üçün evlilik şərtdirmi ? - AÇIQLAMA
Bakıda nikah kağızı olmayan xəstəni doğum evinə buraxmayıblar. Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məlumatda bildirilir ki, dünyaya uşaq gətirməkdə olan qadın Bakıxanov qəsəbəsindəki doğum evinə aparılıb. Lakin qadını xəstəxananın qapısından içəri buraxmayıblar. Doğum evi qadından nikah haqqında şəhadətnamə tələb edib. Bildirib ki, nikah haqqında şəhadətnamə olmadan xəstə qəbul olunmayacaq. Xəstənin yaxınları nikah haqqında şəhadətnaməni gətirəndən sonra onu xəstaxanaya götürüblər.
Bəs görəsən uşaq dünyaya gətirmək üçün evlilik şərtdirmi ?
Mövzu barədə sosioloq Lalə Mehral Sonxeber.az – a açıqlamasında bildirib ki, nikahdankənar uşaq dünyaya gətirmək ailə insitutunu təhlükəyə salan problemlərdən biridir:
"Bu problem o qədər böyüyüb ki, artıq cəmiyyətin problemi olmaqdan çıxıb, dövlətin problemi olub. Ölkədə nikahdankənar dünyaya uşaq gətirən qadınların sayı ciddi formada artır. Bununla bağlı bir ölçü götürülməlidir. Vətəndaş nikahları ilə bağlı ciddi formada qadağalar tətbiq edilməlidir. Əgər bu vəziyyət belə davam eləsə, onsuz da boşanmalara və nikah azlığına görə ciddi təhlükədə olan ailə insitutu nikahdankənar doğuma görə daha böyük təhlükə altına düşəcək.
Bu ilin statistikasına nəzər yetirsək görərik ki, ölkədə ciddi formada boşanma faciəsi yaşanır. Nikahların azlığı demoqrafiyanı ciddi şəkildə təhlükə altına salır. Əgər nikahlar bağlanmasa, nəsil artımı baş verməsə, boşanmaların sayı azalmasa, ailə insitutundakı vəziyyəti təsəvvür eləmək belə çox çətindir. Nikahdankənar doğulan uşaqlar - hansı ki, buna daha humanist görünsün deyə vətəndaş nikahı, sivil ailə adı qoyublar - bütün hallarda normal deyil. Əgər bir uşağı dünyaya gətirirsənsə, onun cəmiyyətdəki gələcək statusunu, adının qarşısına yazılacaq ata adını da fikirləşməlisən. Ona sənəd alanda, rəsmi prosedurlar keçəndə, məktəbdə oxuyanda, cəmiyyətə adaptasiya olanda yaşayacağı çətinlikləri fikirləşmək lazımdır. Vətəndaş nikahı adı verib, bəzəyib-düzəyib bunu yumşaltmağın o körpənin gələcəkdə yaşayacağı çətinliklərə heç bir köməyi olmayacaq. Ona görə də qanuni formada nikah bağlayıb, daha sonra dünyaya uşaq gətirmək məqbuldur" .
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1643 Tarix: 19 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr