COP29-dan sonra əfv sərəncamı imzalanacaq? (AÇIQLAMA)
Azərbaycan qarşıdakı aylarda bir çox vacib tədbirlərə və önəmli hadisələrə şahidlik edəcək. Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək, ardınca "Formula 1" yarışları, noyabr ayında COP29 tədbiri baş tutacaq, dekabr ayında isə bələdiyyə seçkiləri keçiriləcək.
Ölkəmizdə beynəlxalq tədbirlər ərəfəsində humanist addımların atılacağı gözlənilir. Bəzi hüquq müdafiəçiləri parlament seçkilərindən və COP29-dan sonra əfv sərəncamının imzalanacağını iddia edir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, əfv dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə verilə bilər:
"Yəqin ki, həmişə olduğu kimi, ilin sonunda əfv verilə bilər. COP29 noyabrın sonunda yekunlaşacaq. Dekabrda onsuz da əfv gözlənilir. Mən elə hesab edirəm ki, Əfv Fərmanı ilin sonunda imzalanacaq".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, seçkilərdən sonra əfv sərəncamının imzalanması bir daha millətimizin birliyini dünyaya göstərə bilər:
"Bizi istəyən çox az dövlətlər qalıb. Qələbəmiz, Ali Baş Komandanın siyasi arenada önə çıxması çox yerdə qısqanclıq yaradır. Hər cəhətlə bizə toxunmağa çalışırlar. Dünyada gedən proseslərə baxanda hamımız birləşib bu dövləti qorumalıyıq. Buna görə əfv verilməsi bir daha millətimizin birliyini dünyaya göstərə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 912 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr