Gülşən Paşayevanın görüşünü icra başçısı təşkil edib – Rəqibi
Bizim dairədən vətəndaşlarla görüşləri təkcə mən keçirirəm. Bu görüşlər icra hakimiyyətinin təşkil etdiyi görüşlər deyil. Canlı və real görüşlərdi. Bu ərazilərdə, xüsusilə Xəzər rayonu Binə qəsəbəsi, Qala qəsəbəsində əsas problem sudur. İnsanlar susuz qalıb. Bakıda, paytaxt şəhərdə, XXI əsrdə su problemi olmamalıdır. Xəzər rayon icra başçısı problemi atır "Azərsu"yun üstünə, "Azərsu" atır icra başçısının üstünə. Təsvir edin, "Azərsu" nümayəndəsi gəlib bildirib ki, sizin küçədə şəhid yoxdu deyə bura su çəkmirik. Bu deyiləcək sözdü? Bu dərəcədə biabırcı vəziyyətdir.
Bu sözləri Tribunainfo.az-a AĞ Partiyanın 13 saylı Xəzər İkinci Seçki Dairəsindən deputatlığa namizədi Əhəd Məmmədov bildirib. O qeyd edib ki, burada insanlar icra hakimiyyətindən, "Azərsu"dan şikayətçidirlər: "Su yox, yol problemi bitmək bilmir, bir az yağış yağan kimi palçıq əlindən hərəkət etmək mümkün deyil. Sakinlər deyir, ayrı-seçkilik edirlər, hansı küçədə şəhid varsa, oranı düzəldirlər, yol çəkirlər. Bundan əlavə, qeydiyyatsız evlər çoxdur. Sakinlər heç bilmirlər ki, küçələri necə adlanır. Sabah bu insanlar harada, necə səs verəcək? Mən artıq neçənci görüşdür ki, keçirirəm, ancaq bu problemlərdən danışılır.
Minimum rəqabətli seçki olsa, şəffaf keçirilsə mən özümün seçiləcəyini düşünürəm. Bu təkcə özümə aid deyil, AĞ Partiyanın Xəzər rayon təşkilatı partiya daxilində ən güclü təşkilatlardandır. Bizim Xəzər rayonu təşkilatımız hələ seçkidən əvvəl suya görə 2 min imza yığmışdı. Yəni bu rayonda bizim partiyanı yaxşı tanıyırlar. Liderimizin də populyarlığı, özümüzün fəaliyyəti şanslarımızı artırır".
Rəqibləri barədə danışan Ə.Məmmədli bildirib ki, bu dairədə bir real rəqibim var, o da Gülşən xanım Paşayevadır: "Onun isə heç bir fəaliyyəti yoxdur. Dostlar bir videosunu göstərdi mənə ki, onu da icra başçısı təşkil edib. Ağ avtobusla, ağ səliqəli geyinmiş uşaqlarla qapalı bir yerdə görüş keçirib. Orada məlum məsələdir ki, müəllimləri və sair yığıblar. Bu xanım seçicilərlə bir dəfə də görüşməyib. Qapalı yerdə, icra başçısının təşkil etdiyi görüş görüş deyil. Bu, inzibati resursların hesabına təbliğat görüntüsüdür.
Mən mediadan da istifadə edərək Gülşən xanım Paşayevanı debata çağırıram. Harada istəyir görüşək, yeri də özü seçsin, hətta öz istədiyi jurnalisti moderator seçsin, debata çıxaq. Xəzər rayonunun problemlərindən tutmuş Respublikanın problemlərinə qədər danışaq, debat edək. İnsanlar da tanısın, qiymət versinlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1026 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr