Toyda başlayan dava ölümlə bitdi
Şərur rayonunun Həmzəli kənd sakini, 34 yaşlı Sitarə Qasımovaya bıçaqla xəsarətlər yetirən şəxsin məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, hadisəni törədən 1983-cü il təvəllüdlü Əliyev Afəddin İsrafil oğlu Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Afəddinin qardaşı 1988-ci il təvəllüdlü Sultan Əliyev 2009-cu ildə Sitarə ilə evlənib. Lakin 2021-ci ildə onlar boşanıblar. Bundan sonra tərəflər arasında alimentə görə problemlər yaranıb. Sultanın 3 min manata yaxın aliment borcu yığılıb və qadının şikayətindən sonra o, 10 gün inzibati həbs edilib.
Daha sonra Sultan işləmək üçün Bakıya gəlib. O, 2023-cü il iyunun 10-da Mehdiabad qəsəbəsində toyda olarkən Sitarənin 1991-ci il təvəllüdlü qardaşı Hüseynlə mübahisə edib. Tərəflər arasındakı münaqişə zəminində Hüseyn Sultanı bıçaqlayaraq öldürüb.
Bundan sonra Afəddin qardaşını qətlə yetirən şəxsin ailəsindən qisas alacağını deyib və bu il aprelin 8-də Bakıdan Naxçıvana gedib. Orada bıçaq alıb və Sitarənin yaşadığı evə gizli daxil olaraq ona üç bıçaq zərbəsi endirib. Lakin səsə qadının anası gəlib. Bu zaman Sitarə yerdən daş götürərək Afəddinin başına çırpıb. O, huşunu itirdiyindən cinayət əməlini tam başa çatdıra bilməyib və özünə gəldikdən sonra oranı tərk edib.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 19 avqust tarixli hökmü ilə A.Əliyevə 9 il 6 ay həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1277 Tarix: 21 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr