Bayrağa hörmətsizlik edən CƏZALANDIRILACAQ - VİDEO
Üçrəngli Azərbaycan bayrağı zirvələrə layiqdir. Bu hər zaman belə olub. Bu bayraq o qədər müqəddəsdir ki, Birinci Qarabağ müharibəsində Əliyar Əliyev onu Laçına sancmaq sevdası ilə olub. Natiq Qasımov ermənilərin əlinə düşəndə bu bayrağı əlindən buraxmayıb.
Bayrağımız 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunan zəfərlərlə bütün Qarabağ və Şərqi Zəngəzurun səmasında dalğalandı. Şəhidlərin nəşləridə bu bayrağa büründü. Bayraq sevgisi bizim mentalitetdə əziz tutulur. Çünki ana vətənimiz ana qədər müqəddəsdir. Lakin dünyanın çox yerində bu dəyərlər gözlənilmir. Onlar aid olduqları ölkənin simvolunu corabdan tutmuş papağa kimi bütün geyimlərdə istifadə edirlər. Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Apa TV"nin əməkdaşları araşdırma aparıb:
"Bəzi adamlar belə hərəkətlərə yol verir. Bayrağı paltar kimi geyinir yaxud başqa formada istifadə edir. Mən hesab edirəm ki, bu şitdir. Bayraq müqəddəs bir anlayışdır. Bizim dövlətçiliyimizin, mədəniyyətimizin və tariximizin rəmzidir. Orada nə qədər maraqlı fikirlər və ideyalar formalaşıb. Bayrağı müqəddəs rəmz kimi qorumaq lazımdır və belə şit hərəkətlərə yol verməməliyik".
Qanun deyir ki, dövlət rəmzinə hörmət hər bir vətəndaşın ali borcudur. Bu məsələ konstitusiyamızda öz əksini tapıb. Dövlət rəmzlərinə hörmətsizlik qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2609 Tarix: 22 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr