Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə İspan jurnalisti adıyla qanunsuz səfərlər etmiş "QRU" agenti olub...

Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə İspan jurnalisti adıyla qanunsuz səfərlər etmiş "QRU" agenti olub...Baxın, Rusiya imperiyası, kəşfiyyatı bizləri belə barmağına sarıyıb. Bu hələ məlum olanların, üzə çıxanların mində biridir...

Azərbaycan mediasında 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə hadisələrini işıqlandıran İspaniya jurnalisti kimi tanınan Pablo Qonzalesin Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin ("QRU") agenti olduğu təsdiqlənib.

Moderator.az xəbər verir ki, bu haqda "Azadlıq" radiosunun erməni bürosu("Azatutyun") məlumat yayıb.

Məlumatdan bəlli olur ki, 2022-ci ilin yazında Polşa xüsusi xidmət orqanları ukraynalı həmkarları ilə birgə əməliyyat zamanı həbs etdikləri Qonzalesin "QRU" agenti olduğunu üzə çıxarıblar. Bəlli olub ki, əslində o, Rusiya vətəndaşı Pavel Rubtsovdur. Xəbərdə bildirilir ki, onu 2023-cü ilin sentyabrınadək Xankəndində yaşamış ermənilərdən biri Rusiya ilə Qərb arasında tarixi əsir mübadiləsinin kadrlarını izləyərkən tanıyıb. O, Rusiya xüsusi xidmət orqanlarının casuslarından "FSB" killeri Vadim Krasikovun ardınca təyyarə trapından düşən şəxsin 2012-2013-cü illərdən bu yana Xankəndinin daimi əcnəbi qonaqlarından birinə çevrilmiş ispan jurnalist Pablo Qonzales kimi tanıdığını xatırlayıb...

Həmin kadrlarda Rusiya prezidenti V.Putinin ispan müstəqil jurnalistini təmsil edən Pavel Rubtsovu qırmızı xalı üzərində səmimi əl sıxma ilə qarşıladığı görünür.

Xatırladaq ki, bu "QRU" agentinin Azərbaycan mediasında adı əsasən 2020-ci ilin 44 günlük savaşından bəri Rusiya saytlarının verdiyi məlumatlar əsasında hallanmağa başlanıb. Həmin məlumatlarda guya onun Azərbaycan tərəfinin maraqlarından çıxış etməsi haqda yazılıb. Halbuki, bu Rusiya agenti 10 ildən çox müddətdə Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olaraq Qarabağdakı separatçı-terrorçu rejim liderlərinin Azərbaycan əleyhinə müsahibələrini nümayiş etdirən xarici vətəndaşlardan biri olub. Pavel Rubtsov hətta 44 günlük müharibə zamanı Ermənistan baş naziri N.Paşinyanla da müsahibə götürməyə nail olub.
Mübaribə bitəndən sonra "QRU" agenti yenə də müstəqil ispan jurnaıisti adı altında xarici media mənsubları arasında Şuşada da və s. olub...

Zəruri şərh:

Baxın, Rusiya imperiyası, kəşfiyyatı bizləri belə barmağına sarıyıb. Bu hələ məlum olanların, üzə çıxanların mində biridir... "İspan jurnalisti" "Pablo Qonzales"in son 11-12 ildə Azərbaycanın Qarabağ ərazisində, Ermənistanda və Avropa ölkələrindəki əməlləri haqda geniş yazını yaxın müddətdə təqdim etməyə çalışacağıq...
Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə İspan jurnalisti adıyla qanunsuz səfərlər etmiş "QRU" agenti olub...Putinin Qərblə dəyişdiyi məhbuslardan biri Qarabağa dəfələrlə İspan jurnalisti adıyla qanunsuz səfərlər etmiş "QRU" agenti olub...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1140   Tarix: 22 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr