Ata və qızının ölümünə səbəb olan sürücünün cəzası məlum oldu
Sabirabadda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rauf Zeynalovun məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Zeynalov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, 1978-ci il təvəllüdlü Rauf Zeynalov idarə etdiyi "Milli ÖN" şirkətinin inkassatoru olan "Ford Transit" markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedi vurub. Nəticədə velosipedi idarə edən 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlu hadisə yerində ölüb. Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı isə xəstəxanada dünyasını dəyişib.
Ekspertizaya təqdim edilmiş videoda sürücünün saatda 50 kilometr sürət təyin edilmiş yolda avtomobili 93 km/saatla idarə etməsi məlum olub.
Məhkəmədə S.Əliyevin həyat yoldaşı təqsirləndirilən sürücünü bağışladıqlarını, onun dəymiş zərəri ödədiyini bildirib.
Məhkəmə R.Zeynalovu Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib və sürücü barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib və azadlıqda qalıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 893 Tarix: 22 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabrPensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs
12 sentyabrAzərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
13 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabrBorcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka
13 sentyabrAzərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən
12 sentyabr