Ombudsman: İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan mina qurbanına çevrilib
İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan mina qurbanına çevrilib.
"Report" xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevanın Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına etirazında yer alıb.
S.Əliyeva vurğulayıb ki, Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir: "Belə ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində cari il 24 avqust tarixində sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb.
Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir.
Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 856 Tarix: 25 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr