Afiyəddin Cəlilovun qeyri-etik videolar çəkən nəvəsi xəstəxanadan NİYƏ BURAXILIB?
Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn nəvəsi yenidən müzakirə mövzusu olub. Əli-Afiyəddin Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat edib.
O, son dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Lakin bir müddət sonra başqa ölkədə eyni hərəkətləri təkrarladığına şahid olduq.
Bəs maraqlıdır, Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan buraxılmasına səbəb nə olub?
Oxu.Az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevral ayının 1-də yerləşdirilib:
"12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb".
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1183 Tarix: 26 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr