"Bu gün Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun sürətlə inkişaf etdirilir" - DEPUTAT

"Bu gün Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun sürətlə inkişaf etdirilir" - DEPUTAT"Cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın qonşu dövlətlərlə, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Özbəkistanla əlaqələr dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir:

"İki ölkə başçısının rəsmi səfərləri, imzalanan sənədlər dövlətlərarası dostluğun, qardaşlığın artmasına və əlaqələrin getdikcə daha da möhkəmlənməsinə səbəb olur. Azərbaycan-Özbəkistan xalqlarını yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabrın 2-də qurulub. Həmin vaxtdan başlayaraq bu günə qədər iki ölkə arasındakı əlaqələr getdikcə daha da möhkəmlənib".

Deputat vurğulayıb ki, dövlət başçısının Özbəkistan sonuncu səfəri tarixi əhəmiyyət daşıyır:

"Çünki səfər çərçivəsində iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı. İki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə hesab edirəm ki, ən yüksək beynəlxalq sənəddir. Artıq iki qardaş dövlət rəsmi müttəfiq oldu. Bu hər iki ölkə üçün çox mühüm addımıdır. Çünki bundan sonra münasibətlərimizi və regional siyasəti bu sənəd müəyyən edəcək.

Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Regionlarda müsbət proseslərin davam etməsi Azərbaycan-Özbəkistan arasındakı səmərəli əməkdaşlıqdan asılıdır. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu gün Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun sürətlə inkişaf etdirilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 847   Tarix: 26 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr