"Mehriban xanım Əliyevanın gördüyü bütün işlərin mərkəzində öz ölkəsinə və xalqına xidmət dayanır" - DEPUTAT

"Mehriban xanım Əliyevanın gördüyü bütün işlərin mərkəzində öz ölkəsinə və xalqına xidmət dayanır" - DEPUTATƏrazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı yalnız müstəqillik deyil, son bir neçə əsrlik tarixinin ən şanlı dövrünü yaşayır. Çünki biz yalnız ərazilərimizi işğaldan azad etmədik, həm də 200 il əvvəl torpaqlarımızda yaranmış erməni separatizminə son qoyduq və bütün bunlar həm xalq, həm də vətəndaş olaraq, hər birimizin qürur və fəxarət mənbəyimizdir.

Əlbəttə, bütün qələbələrimizin təməlində Prezident İlham Əliyevin qətiyyətli siyasi kursu, iradəsi, dövlət və milli maraqlarımızı inamla, əzmlə qoruması, düzgün strategiyası dayanır. Tarix də sübut edir ki, məhz müdrik və güclü lideri olan xalqlar bütün burulğanlardan və böhranlardan alnıaçıq və qalib çıxa bilirlər. Son bir neçə ildə ərazi bütövlüyümüzün təmin olunması istiqamətində qazandığımız hərbi və siyasi-diplomatik uğurlarımızın hər biri həm də Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi deməkdir.

Bütün bu tarixi nailiyyətlərimiz fonunda qürur doğuran başqa bir reallıq isə xalqımızın bizlərə zəfər bəxş edən İlham Əliyev siyasi kursu ətrafında daha sıx həmrəy olmasıdır. Təsadüfi deyil ki, indi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəs yaranmış yeni reallığa öz töhfəsini verməyə, Ali Baş Komandanımıza, qəhrəmanlarımıza layiq olmağa çalışır. Bu sahədə ən gözəl nümunələri isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin timsalında görmək mümkündür.

Mehriban Əliyevanın fəaliyyəti həm siyasi, həm də ictimai məzmun daşımaqla çoxşaxəlidir. Amma bu çoxşaxəli və müxtəlif məzmun daşımasına baxmayaraq Mehriban Əliyevanın üzərinə götürdüyü bütün vəzifələrin ortaq dəyərləri də var. Bu da onun insanlara yaxşılığı, ehtiyacı olanlara kömək əli uzatması, xeyirxahlığı və xeyriyyəçiliyi özünün ən böyük vətəndaşlıq missiyası elan etməsidir. Hansı ki, bütün bunlar Mehriban xanım Əliyevanı nəinki respublikamızda, xarici ölkələrdə də gözəl əməllər sahibi kimi tanıtmışdır.
Elə buna görə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı ilk gündən mərhəmət ünvanı kimi tanınır. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu əhalinin aztəminatlı təbəqələrini müdafiə etməyi, irsi qan, diabet, daun və digər xəstəliklərdən əziyyət çəkən, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlara, ahıl və tənha vətəndaşlarımıza dayaq durmağı, xalqımızın genetik fondunun qorunub saxlanmasını özünün prioritet sosial məqsədlərindən biri elan edib. Fondun 20 ildən artıq müddətdə həyata keçirdiyi sosial layihə və proqramların da əhəmiyyətli hissəsi məhz bu məqsədlərə yönəldilib. Bu baxımdan Bakıda və regionlarda çoxsaylı uşaq və qocalar evlərinin, o cümlədən çoxsaylı tibb ocaqlarının tikintisi və bərpası Mehriban xanım Əliyevanın xalqımız qarşısında xidmətlərinin mükəmməl nümunəsidir. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu sahədə gördüyü bütün işlər həm də ölkəmizdə xeyriyyəçilik institutunun inkişafına yol açıb.

Mehriban xanım Əliyeva həm də xalqımızın maddi və mənəvi dəyərləri ilə qürur duyan, fəaliyyətinin mühüm bir hissəsini bu dəyərlərin qorunmasına, yaşadılmasına və təbliğinə həsr edən böyük vətənpərvərdir. Bununla bağlı Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni və dini abidələrin yenidən qurulması, eləcə də Azərbaycan Mədəniyyət Fondu tərəfindən həyata keçirilən layihələr, Mehriban Əliyevanın şəxsi təşəbbüsləri ilə milli mədəniyyətimizin nümunələrinin UNESCO-nun irs siyahısına salınması xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın gördüyü bütün işlərin mərkəzində öz ölkəsinə və xalqına xidmət dayanır. Azərbaycanda səhiyyənin, təhsilin inkişafında Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Onun Azərbaycan həqiqətlərini böyük fədakarlıqla beynəlxalq ictimaiyyətə çatdırması, "Avroviziya" Mahnı Müsabiqəsinin, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitələrinin sədri kimi uğurlu təşkilatçılıq fəaliyyəti, ölkəmizdə gimnastikanın inkişafına nail olması həm də xalqımıza başucalığı gətirən məqamlardır.

Mehriban xanım Əliyeva həm də sıralarında qürurla təmsil olunduğumuz Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavinidir. Onun bir neçə il əvvəl bu vəzifəyə təyin olunması partiya fəaliyyətində dinamizmin daha da yüksəlməsinə, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın sıralarında qadınların iştirakının çoxalmasına yol açıb, bütövlükdə partiyanın fəaliyyətinə yeni nəfəs verib.
Siyasi fəaliyyət baxımından Mehriban Əliyevanın 2005-2017-ci illərdə Milli Məclisin deputatı kimi gördüyü işlər də hər zaman rəğbətlə xatırlanır. Parlamentin deputatı kimi Mehriban Əliyeva nəiniki öz seçicilərinin, bütün xalqın vəkilinə çevrildi, Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsinə layiqli töhfələr verdi.

Təbii ki, bütün bunlar 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təyin olunmasında əsas rol oynadı. Bu vəzifədə də ilk günlərdən bəlli idi ki, Mehriban Əliyeva öz diqqətini ilk növbədə həssas sosial qruplara yönəldəcək. Ötən dövrün reallıqları bunu təsdiq edir. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi gördüyü işlər cəmiyyətimiz tərəfindən məmnuniyyət və minnətdarlıqla qarşılanır. Çünki bu fəaliyyət Azərbaycanın yüksəlişinə, Prezident İlham Əliyevin siyasi kursuna xidmət edir.

Bu fəaliyyətin, dövlətə xidmətin ən böyük göstəricilərindən biri isə Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərimizdə gördüyü bərpa və quruculuq işləridir. Beləliklə, özünün vətənpərvərlik missiyasını indi Mehriban Əliyeva həm də Qarabağ və Şərqi Zəngəzurda davam etdirir. Heydər Əliyev Fondu tərəfindən xüsusən Şuşa şəhərində həyata keçirilən nəcib missiya mədəniyyət paytaxtımızın bərpasında, keçmiş şöhrətini özünə qaytarmasında böyük rol oynayır.
Mehriban xanım Əliyevanın fəaliyyətini vətəni sevməyin mükəmməl təcəssümü də adlandıra bilərik.

Əminik ki, Mehriban xanım Əliyeva bundan sonra da həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi dövlətimizin və xalqımızın yüksəlişinə böyük töhfələr verəcək, öz əməlləri ilə hər zaman xalqımızın yüksək ehtiramını qazanacaq. Bu şərəfli və məsuliyyətli yolda Mehriban xanım Əliyevaya uğurlar arzulayırıq.

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 507   Tarix: 26 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr