Qazinin müalicəsində yardımını əsirgəyən NAMİZƏD: Ülviyyə Ağayevanın Milli Məclisdəki passivlik fəaliyyəti

Qazinin müalicəsində yardımını əsirgəyən NAMİZƏD: Ülviyyə Ağayevanın Milli Məclisdəki passivlik fəaliyyətiAzərbaycan parlamentinə seçkilərə artıq 1 həftə qaldı. Bu 1 həftə ərzində bir çox namizədlər seçicilərin ətəklərindən yapışaraq, onlardan səs istəyib, deputatlıq kreslosunu ələ keçirməyə çalışacaq.

Sözsüz ki, mandat əldə etmək bu şəxslər üçün çox ülvi bir hissdir. Ən azından, bəzi deputatlar 30 ildir artıq kreslosu ilə bir bütün olub. Hətta bəziləri o qədər kreslolarını sevirlər ki, estafeti övladlarına belə ötürürlər.

Avqustun 9-dan bəri bir çox namizədin sosial şəbəkə hesablarına baxmışıq. Çoxları əli qabar tutmuş, beli bükülmüş kəndlilərlə görüşündə özünü elə ağayana aparır ki, sanki alçaq dağları bu adam yaradıb. Hətta elələri də var ki, əlacı olsa, o adamların üzünə deyər ki, "burada mənəm, Bağdadda isə kor xəlifə". Düzdür, onsuz da seçkilərdən sonra öz xəlifəlik həyatını bu adamların bəziləri Milli Məclisin deputat kreslosunda yaşayırlar.
Parlament çox qəribə bir yerdir. Orada susan-danışan, dinən-dinməyən, alovlu və pafoslu çıxışlar edənlərlə yanaşı, mandatını bərkidib altına mal-mülk yığanlar da çoxdur. Biz onların mal-dövlətindən yazmaqdan yorulsaq da, görünən odur ki, onlar var-dövlətlərinə var-dövlət qatmaqdan heç yorulmurlar.

Parlamentdə danışanların əksi olaraq, fəaliyyəti dövründə susan deputatlar da çoxluq təşkil edir. Onlardan biri də parlamentin VI çağırış deputatı olan Ülviyyə Ağayevadır.
Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə məqalələr çərçivəsində bu gün də Ülviyyə xanımı "qonaq etmək" istədik.

Namizədliyini 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən bitərəf şəkildə verən xanım Ağayeva ilə bağlı apardığımız araşdırmalardan məlum olur ki, Tovuzun deputatı sayılan Ülviyyə Ağayevanın fəaliyyətindən Tovuz camaatı heç də razı qalmayıb. Belə ki, seçicilər onun parlamentdə hansısa problemi qaldırmasını, onların müraciətlərinə həssas yanaşmasını demək olar ki, görməyiblər. Ona görə seçicilərin əksəriyyəti Ü.Ağayevadan əlini üzüb.

Amma ondan narazı qalan təkcə sadə insanlar olmayıb. Hətta Vətən müharibəsinin qəhrəmanları da Ülviyyə xanımın Tovuza və tovuzlulara olan laqeydliyindən şikayət ediblər.

2021-ci ildə Tovuzun Aşağı Quşçu kəndindən olan qazi Tağıyev Aslan Varis oğlu da deputatdan şikayət edənlərdən olub. Yerli mətbuatda onun şikayəti ilə bağlı yazılan yazıdan bəlli olub ki, Qarabağ qazisi imkanı olmadığı üçün dərmanlarını almaq məqsədi ilə Tovuzun deputatı Ülviyyə Ağayevaya müraciət edib:

"Maddi vəziyyətim pisdir, dərmanlar alınmalıdır. Köməkçisi dedi ki, xəbər verəcəm, cavab çıxmadı. Sonra bir xeyriyyəçi dostumuz var, Yeganə xanım, sağ olsun, mənə yardım etdi. Sonra Ülviyyə Ağayeva açıqlama yayıb ki, ondan dərman yox, pul istəyib. Əgər istəmişəmsə, vəziyyətim pisdir ki, istəmişəm".

Göründüyü kimi, qazini vadar ediblər ki, Tovuzdan Bakıya gəlsin, Prezidentə müraciət etsin. Halbuki, deputat öz dairəsinin ərazisində yaşayan qazinin müalicəsinə hərtərəfli dəstək olmalıydı. Amma seçicilərinə yaramayan Ü.Ağayevanın qaziyə yardımçı olmaması təəccübləndirmədi.

Çünki bir deputat olaraq bu illər ərzində Ü.Ağayevanın hansısa vətəndaşın, tovuzlunun probleminə ürək qızdırması praktikada yoxdur. Özü isə həmin illərdə sosial şəbəkə hesabında açıqlama yayıb, bildirmişdi ki, TƏBİB-in rəhbərliyi ilə əlaqə saxlayıb və Tovuz rayon İcra Hakimiyyətinə də müraciəti əsasında dərhal qazinin Qazax Rayonlararası Psixiatriya Xəstəxanasına yola salınması üçün maşın ayrılıb, müayinə olunub, ona müalicəsi üçün dərmanlar yazılıb.

Deputat demişdi ki, köməkçisi Arzu Musayeva qazinin evində yaşadığı əmisi oğluna dərmanların onlara səhər tezdən çatdırılacağını bildirib. Cavab olaraq isə dərmanlara ehtiyacın olmadığını, Tovuz rayonunda yaşayan xeyriyyəçi xanımların köməklik edəcəyi bildirilmişdi. Qısacası, deputat və köməkçisi bir xeyriyyəçinin A.Tağıyevə yardım etdiyini biləndə öz dəstəklərini əsirgəyiblər. Qısacası, qazisinə laqeyd davranan deputat digər seçicilərinə niyə yaxşı davransın ki?

Ülviyyə xanımla bağlı etirazlar bununla da bitməyib. 2020-ci il parlament seçkilərində onun seçki təbliğatı zamanı bəzi qanunların pozması ilə bağlı dövri mətbuatda gedən yazını qısaca təqdim edirik:

"Ü.Ağayeva inzibati resurslardan, administrastiv imkanlardan istifadə edərək seçki təbliğatını aparır. Xanım namizədin sosial mediada yayılan fotoları ilə bağlı məlumat verilib ki, seçicilərlə görüşlərə məktəb direktorları, onların müavinləri ilə gedir. Tovuzun təhsil ictimaiyyətini özünün təbliğat kampaniyasına cəlb edən Ü.Ağayeva bununla seçki qanunu pozub.

Məktəb direktorları, müavinlər və müəllimlər təbliğat kampaniyasında hansısa namizədin ruporu, dəstəkçisi rolunu oynaya bilməz. Lakin heç bir elektoratı, seçici dəstəyi ala bilməyən Ü. Ağayeva təzədən bu dairədən deputat olmaq üçün onların imkanlarından yararlanır. Çünki nə seçki komandası var, nə də seçicilər onunla görüşlərdə iştirak edirlər.

V çağırış üzrə deputat olmuş Ü. Ağayeva 5 il ərzində heç bir fəaliyyəti, seçicilərlə görüşü, onların problemlərinə ürək qızdırması, qanu

n layihələrinin irəli sürülməsində təşəbbüskarlığı ilə seçilməyib.

Bu dairədə BDU-nun dosenti Vüsalə Dadaşova, ATU-da şöbə müdiri Nurlana Əliyeva, işsiz Sadiq Əsgərov, BDU dosenti Turqay Hüseynov, kredit mütəxəssisi Elvin İsmayılov, "42-ci paralel" jurnalının baş redaktoru Mehriban Məmmədova, 2 saylı uşaq bağçasının müdiri Günay Seyidovadır. YAP-ın namizədi isə Tovuz Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdir. Bu siyahı hər şeyi ifadə edir və Ü.Ağayevanın deputatlıq yolunda "yaşıl işıq" yandırılır.

Ü.Ağayevanın bu günə qədər nəzərə çarpan bir fəaliyyəti, hətta bir müsahibəsi, bir açıqlaması belə yoxdur. İllərdir mətbuatdayıq, amma bu deputatın bir dəfə də olsun fəaliyyəti ilə bağlı xəbər oxumamışıq. Deputat olan şəxsi heç olmazsa, öz xalqı, seçiciləri və mətbuat tanımalıdır. Amma təəssüf…

Bəlkə də Ülviyyə xanım reklamı çox sevmədiyindən mətbuata çıxmır. Ancaq heç olmasa belə bir deputatın var olmasını bilmək lazımdır".
Yazıdan da göründüyü kimi, 9 ildən çoxdur deputat olan xanım Ağayeva bu illər ərzində 1 dəfə də olsun seçildiyi dairəyə xeyir verməyib. Milli Məclisin ən passiv deputatlarından olan Ülviyyə xanım bu il də seçilmək eşqinə düşüb.

Mövzunu davam etdirəcəyik…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1244   Tarix: 26 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021