Polislər belə bu məhbusa PAXILLIQ EDİR: Adam elə bil həbsxanada yox, villada YAŞAYIR
Kriminal aləmdə məşhurluğu ilə seçilən Piter Trittonun həbsxana şəraiti hər kəsi şoka salıb.
Sonxeber.az xəbər verir ki, Ekvador həbsxanasında doqquz il yatmış keçmiş qaçaqmalçı Peter Tritton "Daily Star" nəşrinə həbsxana həyatından danışıb. Digər məhbuslar ilə müqayisədə bu şəxs kriminal aləmdə yığdığı pullar hesabına həbsxada dəbdəbəli həyat yaşayıb.
Sözügedən məhbus boş vaxtlarında yumşaq çarpayıda uzanaraq peyk televiziyası vasitəsilə sevimli klubu olan "Çeltenhem Taun"un futbol matçlarına baxırdı:
"Mən əvvəlcə həbsxana kameramı təmir etdirdim. Daha sonra qaldığım yerə çini pilitələr qoydurdum, kabel çəkdim, soyuducu və televizor gətirdim. Hətta kameramda yeni döşəklərim belə var idi. Polis hər dəfə məni görəndə deyirdi ki, siz bizdən yaxşı yaşayırsınız".
Piter çoxlu pul qazanmaq üçün 5 kamera alıb. Həmin kameraları isə məhbuslara icarəyə verib. Yaşayışı və şəraiti rahat olsa da, bir neçə dəfə qaçmağı düşünüb. Hətta həbsxana divarlarını aşmaq üçün raketatanlardan istifadə etməyi belə düşünüb:
"Bu həbsxanadan qaçmaq üçün çoxlu plan qurmuşuq. Vertolyot ilə damdan uçmaq və RPG ilə divarları dağıtmaq kimi fikirlərimiz var idi. Amma biz ən sonunda tunel qazmağı seçdik".
Polis əməkdaşları xəbərdarlıq edib ki, kvadorda ona yüngül cəza verilsə də Böyük Britaniyaya qayıdan zaman əlavə cəza çəkməli olacaq. Piter bildirib ki, Böyük Britaniyada onun həbsxana həyatı "cəhənnəm" ola bilərdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?