Durovun həbsindəki sirlər: "Telegram"ın sahibini Rza Zərrabla nə birləşdirir?
"Telegram"ın sahibi Pavel Durovun Fransada həbs edilməsinin Rza Zərrab işi ilə müəyyən bənzərliyi var. Və xüsusilə iki məqam müəmmalı olaraq qalır.
1. Durov Bakıda Putinlə niyə görüşmək istəyirdi?
2. O, həbs təhlükəsinin olduğu Fransaya niyə getdi?
Bu müəmmalarla bağlı yalnız ehtimallar irəli sürmək mümkündür.
"Telegram" qurucusu Avropada onu gözləyən həbs təhlükəsi qarşısında daha öncə problemlər yaşadığı Rusiya hakimiyyəti ilə anlaşmaq və təhlükəsizlik zəmanətini birbaşa Putindən almaq istəyə bilərdi. Ukraynada Rusiya hərbçilərinin "Telegram" kanalı üzərindən geniş əlaqə qurması faktı Durovda Kremlin onunla anlaşacağına dair əminlik yaratmış ola bilərdi. Putinin Durovu qəbul etməməsi onu B planına – Qərblə anlaşmağa sürükləyən amil ola bilər. Durovun Avropada həbs olunacağını bildiyi halda, "Fransaya niyə uçdu" sualına ehtimal olunan cavab budur.
Və burada vaxtilə İran sanksiyalarının "dəlinməsində" aktiv iştirak edən Rza Zərrabın işi ilə müəyyən oxşarlıq mövcuddur. Zərrab həbs təhlükəsinə rəğmən, ABŞ-a getdi və Vaşinqton ondan həm Türkiyəyə, həm İrana qarşı istifadə etdi. Sonda Zərrabın azadlığa buraxılması onun ABŞ-a "təslim olmasının" əslində anlaşma olduğu ehtimalını ön plana çıxardı. İstisna deyil ki, Durovun həbs olunacağı Fransaya uçması "anlaşmaq istəyindən" qaynaqlana bilər. Özünü və sərvətini qorumaq, qarşılığında istədiklərini vermək. Məlumatlardan aydın olur ki, Durova qarşı irəli sürülən ittihamların biri "İstintaq üçün zəruri olan məlumat və ya sənədləri təqdim etməkdən imtina"dır. Bu, Qərb kəşfiyyat orqanlarının Durovdan nə istədiyinə dair müəyyən fikirlər formalaşdırır, misal üçün, Rusiyanın Ukraynadakı hərbçiləri haqda məlumatlar tələb edə bilərlər və s.
Bunlar ehtimallardır və proseslərin gedişində müəmmalara müəyyən aydınlıq gəlməsi gözləntisi var. Lakin Fransanın Durovu uzun müddət həbsdə saxlayacağı gözləntisi azdır, əsas məsələ ondan nə istədikləridir.
Baş verənlər Qərb və Rusiya arasındakı qarşıdurmada yeni cəbhənin açılması fikrini də gücləndirir. Bu, sosial mediaya nəzarət uğrunda mübarizədir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 969 Tarix: 28 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr