"Azərbaycan öz suverenliyini yalnız bəyanatlarla deyil, konkret addımlarla təmin edən dövlətdir" - ŞƏRH
2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi" nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında söyləyib.
"Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir", - deyə dövlətimizin başçısı vurğulayıb.
"Cənab Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi Zirvə toplantısında səsləndirdiyi fikirlər əslində təkcə mövqe bəyanatı deyil, beynəlxalq münasibətlər sisteminə yönəlmiş açıq mesajdır", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda separatizmə son qoyması ilə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələrin faktiki icrası təmin olundu. Bu, beynəlxalq hüququn selektiv tətbiqinə qarşı real və praktiki addım idi.
Lakin bundan qısa müddət sonra Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqi açıq şəkildə ikili standartların təzahürü kimi qiymətləndirilməlidir. Rəsmi Bakının haqlı olaraq vurğuladığı kimi, ərazi bütövlüyü prinsipi universaldır və seçmə yanaşma ilə tətbiq oluna bilməz.
Bu kontekstdə Azərbaycan öz suverenliyini yalnız bəyanatlarla deyil, konkret addımlarla təmin edən dövlət kimi fərqlənir. Regionda yeni reallıqlar formalaşdıran Bakı, eyni zamanda beynəlxalq hüququn işləmədiyi yerdə onun icrasını təmin edən nadir aktorlardan biri kimi çıxış edir. Bu isə ölkənin siyasi iradəsinin və dövlətçilik mövqeyinin gücünü açıq şəkildə nümayiş etdirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu