300 dən çox tır sürücüsü gömrükdə icazə vərəqəsini niyə ala bilmir? (VİDEO)
Ölkələrarası yük daşıyan 300-dən çox sürücü icazə sənədi ala bilmədiyini bildirir.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən yükdaşıma ilə məşğul olan sürücülər son 6 ay ərzində problemlə üzləşdiklərini iddia ediblər. Dediklərinə görə, müvafiq blankı almaq üçün aidiyyəti qurumlara müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.
Meyvə-tərəvəz gətirərək digər qonşu ölkələrə yük daşıyan sürücülər günlərdir Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük terminalında gözlədiklərini deyirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda 3-cü ölkə icazə blanklarının Rusiya tərəfindən verilməsi üçün bu ölkənin Nəqliyyat Nazirliyi ilə danışıqlar davam edir.
Qurumdan o da bildirildi ki, blankların Rusiyadan Azərbaycana gətirilərək daşıyıcılara verilməsi təmin ediləcək və bu barədə daşıyıcılara öncədən məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 978 Tarix: 28 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabr2 gün leysan yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı
12 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabr