Nazirliyin əməkdaşı oğlunu bıçaqlayıb? - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərəc Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib.
İttihama görə, hadisə ötən il Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, sərxoş vəziyyətdə olan Fərəc Məmmədov evində oğlu, zərərçəkmiş Qafar Məmmədovla (şərti) mübahisə edib. Ata oğlunun işləmədiyindən gileylənib. Sona o, bıçaqla zərərçəkmiş şəxsin sinə və sağ qulaq ətrafı nahiyəsindən zərbələr endirərək xəsarət yetirib.
Hadisədən sonra Fərəc Məmmədov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmədə verdiyi ifadəsində oğlunu bıçaqlamadığını, Qafarın özü özünə xəsarət yetirdiyini bildirib.
Qeyd: Fərəc Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyində sürücü işləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 737 Tarix: 28 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr