Bu necə ola BİLƏR? - Cərrah 13 yaşlı qızına xəstəni əməliyyat etməyə İCAZƏ VERDİ
Adı açıqlanmayan avstriyalı cərrah 13 yaşlı qızının əməliyyatda iştirakına və hətta xəstənin kəllə sümüyündə deşik açmasına icazə verib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşrində dərc olunan yazıda məlumat verilib. Bildirilib ki, meşədə baş verən qəza zamanı 32 yaşlı şəxs ağır xəsarət alıb. Qəzadan sonra xəstə təyyarə ilə Qrats Universitet Xəstəxanasına (Avstriyanın cənub-şərqi) çatdırılıb.
Kİşi ciddi kəllə-beyin travması alıb və təcili əməliyyat olunmalı idi. Əməliyyat uğurla keçsə də, xəstə hələ ayılmamışdı. Prokurorluğa cərrahın 13 yaşlı qızına əməliyyatda iştirakına icazə verməsi ilə bağlı anonim şikayət daxil olub. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Nəticədə, əməliyyat zamanı orada olan cərrah və tibb müəssisəsinin digər əməkdaşı işdən çıxarılıb. Zərərçəkmişin vəili isə yerli mətbuata açıqlama verib:
"Hər şeyi bir daha düşünün. Siz yataqda çarəsiz halda uzanırsınız. Sizi bədəninizdə heyvanlar kimi sınaq keçirirlər. Sınaqdan keçirilən donuzlardan fərqlənmirsiniz. Buna başqa bir ad verilə bilməz".
Vəkil bildirib ki, xəstəxana rəhbərliyi hadisədən xəbərdar olduqdan sonra, həmin xəstə ilə əlaqə saxlamayıb:
"Heç bir əlaqə yaradılmadı. İzahat verilmədi və üzr belə istəmədilər. Bu heç kimə yaraşmayan bir davranışdır. Ümid edirəm ki, bu işdə əli olan xəstəxana rəhbərliyi məsuliyyəti üzərinə götürək və kimin əli varsa cəzalandırılacaq".
Travmatologiya və neyrocərrahiyə şöbəsi başa düşə bilmir ki, 13 yaşlı uşağın xəstəni əməliyyat etməsinə necə icazə veriblər:
"Əməliyyatda işini bilən həkimlər və tibb işçiləri iştirak etməlidir. Hadisə vaxtı çöldə heç kim olmayıb. Uşağın əlinə alət verib ağır yaralının kəllə sümüyünü deşməyə icazə vermək olmaz. Heç kimin bu şəraiti yaratmağa ixtiyarı yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?