İsgəndər Xəlilov öz adamını deputat etmək istəyir: Fərhad Səttarov kimin adından istifadə edir?

İsgəndər Xəlilov öz adamını deputat etmək istəyir: Fərhad Səttarov kimin adından istifadə edir?1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat təşviqat mərhələsi sona çatmaqdadır. Bu seçkilərdə hakim Yeni Azərbaycan Partiyası öz namizədlərini irəli sürsə də, oliqarxlar da parlamentdə öz adamlarının təmsil olunması üçün hərəkətə keçiblər. Rusiyada yaşayan məşhur iş adamı İsgəndər Xəlilov də parlamentə öz adamını yerləşdirmək üçün artıq işə başlayıb. Belə ki, 59 saylı Quba seçki dairəsindən deputatlığa namizəd Fərhad Səttarov İsgəndər Xəlilovun sağ əli hesab edilir. Oliqarx iş adamı özünə yaxın bildiyi Fərhad Səttarovu məhz Qubadan deputat kimi görmək istəyir. Mənbəmiz iddia edir ki, İsgəndər Xəlilov bu iş üçün kisəsinin ağzını açmağı unutmayıb. Media üçün kifayət qədər pul ayıran iş adamı Fərhad Səttarovun parlamentə düşməsi üçün hər vəchlə çalışır. Görünən odur ki, İsgəndər Xəlilovun təlimatlarını həyata keçirən adamlar artıq Qubada böyük lahiyələr həyata keçirəcəklərini bildirirlər. Yerli əhali ilə görüşdə Fərhad Səttarovun qərargahının üzvləri Qubada zavodlar inşa etdirəcəklərini, seçicilərinə iş verəcəklərini vəd verməklə onları görüşə gətirməyə çalışırlar. Mənbəmiz bildirir ki, hətta görüşə gələnlər üçün müəyyən məbləğdə vəsait də ödənilir. Bundan əlavə Qubadakı mənbəmiz bildirir ki, Fərhad Səttarovun adamları yüksək vəzifəli məmurların adından istifadə etməkdən də çəkinmirlər. Hətta Qırmızı qəsəbədə keçirilən görüşdə Fərhad Səttarovun qərərgahının üzvləri iddia ediblər ki, onlara ən yuxarı dairələrdən raziliq verilib. Bir sözlə İsgəndər Xəlilovun adamları Fərhad Səttarovu parlamentə salmaq üçün bütün vasitələrdən istifadə edir. Bir müddət Rusiyada çalışan, daha sonra uzun illərdir ki, İsgəndər Xəlilovun komandasında yüksək vəzifə alan Fərhad Səttarov əslində kimdir?

Fərhad Səttarov 1974-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini və Qərb Universitetini bitirdikdən sonra, 2000-2008-ci illərdə "VES Consulting" şirkətində Hüquq Məsələləri üzrə Direktor vəzifəsində çalışıb. 2003-2004-cü illərdə LSE-nin Londonda təşkil etdiyi təcrübə və staj proqramlarında iştirak edib.

2008-ci ildə "ISR Holdinq" işə başlayıb. Fərhad Səttarov "ISR Management" MMC-nin hüquqi məsələlər üzrə direktoru və "Hilton Hotel Baku"nun sahibi olan "ISR Kapital Investments MMC"-nin direktorudur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1120   Tarix: 28 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr