"Ermənistan son təxribatları ilə bölgədə vəziyyəti yenidən gərginləşdirməyə çalışır" - DEPUTAT
Xəbər verdiyimiz kimi, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Ermənistan son təxribatları ilə bölgədə vəziyyəti yenidən gərginləşdirməyə çalışır:
"Ermənistanın son günlər Naxçıvan istiqamətində mövqelərimizi tez-tez atəşə tutuması məqsədlidir. Bu təxribatların sifarişçiləri bizə məlumdur. Görünür, ABŞ-in hərbi bazasının Qərbi Zəngəzur ərazisində yerləşdirilməsi Ermənistanı bir qədər cəsarətləndirib. Əgər əvvəllər Ermənistan Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirməyə çalışdısa, bu dəfə qərblə münasibətlərimizi pozmağa çalışır. Ermənistanın məhz Naxçıvan istiqamətində atəşkəsi pozması bu oyunun tərkib hissəsidir".
Deputat vurğulayıb ki, Ermənistan son təxribatları ilə Azərbaycanı daha sərt tədbirlər görməyə vadar edir:
"Azərbaycanın təmkinli davranması Ermənistan və onun havadarlarının planlarının iflasa uğraması deməkdir. Ermənistan bilməlidir ki, Azərbaycan bu gün elə bir gücdədir ki, heç bir təxribat və oyun onu yolundan döndərə bilməyəcək. Əksinə, Ermənistan rəhbərliyi havadarlarının sifarişini icra etməyə davam edərsə dövlətinin ciddi problemlərlə üzləşəcəyinə səbəb olacaq.Yaxşı olar ki, Ermənistan sülh prosesini pozan əməllərindən əl çəksin və Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini tezliklə imzalasın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
"Artıq başqa Sevdayam, anayam"
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO
Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO
Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?
"80-lər" trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO
Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Haradan haraya! Bu uşağı indi dünya tanıyır
Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"
Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?